Modern Group
Data Analitik
Son tarix 18 avq 2022 - [email protected]
İş yeri: Bakı şəh. Nərimanov rayonu, Əhməd Rəcəbli 19A
İş qrafiki: 5 günlük (09:00 – 18:00)
Əmək haqqı: Intervyu nəticəsində namizədin bilik və bacarığına uyğun olaraq müəyyən ediləcək.
Vəzifə öhdəlikləri:
- Verilənlər bazası və məlumat toplama sistemlərinin hazırlanması və tətbiqi;
- Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatlar hazırlamaq;
- Statistik üsullardan istifadə edərək məlumatların təhlili və hesabatların təqdim olunması;
- Datalardakı anomaliyaları müəyyən etmək, onları oxuya bilmək və həll üçün hipotezalar yarada bilmək bacarığı;
- Dataların təmizlənməsi və emala uyğun formaya salınması;
- Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması;
- Optimallaşmış SQL sorğularla müxtəlif reportların alınması;
- Davranış modellərinə əsasən bazarın və satışların, qiymətlərin və s. dinamikası üzrə proqnozlar tərtib etmək.
Namizədə tələblər:
- Ali təhsil ( maliyyə, kompyuter mühəndisliyi, kompyuter elmləri, informaciya texnologiları, tətbiqi riyaziyyat sahələri üzrə üstünlük verilir)
- Data analitika, Biznesin Təhlili sahəsində iş təcrübəsi
- Kompüter bacarıqları: MS Office proqramları (Excel proqramını mükkəməl bilməli)
- Data Analitikanı bilməsi Tableau, Power BI ( Python bilməsi üstünlükdür)
- İngilis ve rus dilini bilmək üstünlükdür
- Alqoritm qurma bacarığı və analitik-alqoritmik düşünmə qabiliyyəti
- İşlərin strukturlaşdırılması və iş səmərəliyinin artırılması
- Öyrənməyə və inkişafa yüksək həvəs;
Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını e-mail ünvanına 18.08.2022 ci il tarixinə qədər mövzu yerində “ Data Analitik” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.