Modern Construction Group
Mühasib
Son tarix 20 iyl 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- İşçilərin aylıq əmək haqlarının hesablanması (xəstəlik vərəqələri, son haqq hesab, məzuniyyət, birdəfəlik müavinət, tabel və s.)
- E-qaimələrin hazırlanması, tənzimlənməsi, izlənməsi;
- Vergi, DSMF, statistika və digər hesabatların hazırlanması, təqdim olunması;
- Gündəlik mühasibatlıq əməliyyatlarının 1C proqramı vasitəsilə işlənməsi;
- Bank ödənişlərinin hazırlanması, tənzimlənməsi, izlənməsi;
- Kassa sənədlərinin hazırlanması;
- Gündəlik mühasibatlıq əməliyyatlarının sənədləşdirilməsi;
- Satış və debitor borc hesabatın hazırlanması;
- Alış və kreditor borc hesabatının hazırlanması.
- Maliyyə hesabatlarının hazırlanması bilənlərə üstünlük verilir.
Namizədə tələblər:
- Yaş: 25-35
- Cinsi: Kişi
- Təhsil: Ali (Maliyyə sahəsində olanlara üstünlük verilir)
- İş təcrübəsi: ən azı 2 il
- Dil bilikləri: Rus dili bilmək üstünlükdür
- Kompüter bilikləri: MS Office/Excel (əla), 1C: 8.3
- İşə məsuliyyətli yanaşmaq;
- ACCA F3 (FA) sertifikatı olması üstünlükdür
- Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf.
İş şərtləri:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki həftənin 5 günü;
- İş saatı: Həftə içi günlər 09:00-dan 18:00 kimi,
- Əmək Haqqı – 800-900 azn NET
Göstərilən tələblərə uyğun namizədlər öz şəkilli CV-zi mailin mövzu hissəsinə mütləq “ Mühasib” qeyd etməklə (əks halda belə müraciətlərə baxınmayacaq) elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Keyfiyyətə nəzarət üzrə mütəxəssis
Son tarix 23 iyl 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- İSO 9001 tələblərinə uyğun olaraq sənədləri hazırlamaq;
- Müəssisənin normativ sənədlərini hazırlamaqda köməklik göstərmək (tender sənədləri daxil olmaqla);
- Şöbə daxili yoxlamalarının hazırlanmasında iştirak etmək;
- Daxili yoxlama proqramını tərtib etmək, həmçinin maraqlanan tərəfə audit proqramını çatdırmaq;
- Sənədlərin icra müddətinə nəzarət etmək, göndərilən sənədlərin çatdırılmasına davamlı olaraq nəzarət etmək və çatdırılma ilə bağlı xəbərnamələri poçt xidmətindən tələb etmək;
- Təklifə daxil ediləcək bütün sənədlərin toplanması, məsələn, ilkin ixtisas sənədləri, Texniki və Əməliyyat sənədləri, Keyfiyyatə nəzarət, SƏTƏM, Kommersiya və Hüquqi istisnalar, Sertifikatlaşdırma, Bank Zəmanətləri və s.;
- Müvafiq şöbələr arasında tender sənədlərində qeyd olunan məlumatların verilməsini tələb olunan son tarixlərdə verilməsini təmin etmək;
- Müqavilə və risklərin nəzərdən keçirilməsini asanlaşdırmaq üçün Satınalma Qrupu ilə işləmək;
- Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
Namizədə tələblər:
- Yaş: 25-35
- Cinsi: qadın
- Təhsil: Ali
- İş təcrübəsi: ən azı 2 il
- Dil bilikləri: Rus və ingilis dili bilmək üstünlükdür
- Kompüter bilikləri: MS Office
- İşə məsuliyyətli yanaşmaq;
- Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf.
İş şərtləri:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki həftənin 5 günü;
- İş saatı: Həftə içi günlər 09:00-dan 18:00 kimi,
- Əmək Haqqı – 800 azn NET
Göstərilən tələblərə uyğun namizədlər öz şəkilli CV-zi mailin mövzu hissəsinə mütləq “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxınmayacaq) elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.