Modern Construction Group
Təchizat və Logistika üzrə Mütəxəssis
Son tarix 19 sen 2026 - [email protected]
İş şəraiti
- İş yeri: Qiş parkinin yani
- İş qrafiki: 09:00–18:00
Vəzifənin əsas məqsədi
- Şirkətin təchizat proseslərinin vaxtında və səmərəli şəkildə həyata keçirilməsini, məhsul və materialların sifarişindən təhvil alınmasına qədər logistika proseslərinin koordinasiyasını təmin etmək.
Əsas vəzifələr
- Təchizat və logistika proseslərinin təşkili və koordinasiyası;
- Təchizatçıların araşdırılması, seçilməsi və qiymət təkliflərinin toplanması;
- Təchizatçılarla danışıqların aparılması və kommersiya şərtlərinin razılaşdırılması;
- Sifarişlərin hazırlanması, izlənilməsi və vaxtında çatdırılmasının təmin edilməsi;
- Məhsul, xammal və digər materialların stok vəziyyətinin izlənilməsi;
- Logistika və daşınma proseslərinin koordinasiyası;
- Çatdırılma müddətlərinə və sifarişlərin düzgünlüyünə nəzarət;
- Təchizatçılarla bağlı sənədlərin və məlumat bazasının yenilənməsi;
- Gecikmə, çatışmazlıq və digər təchizat problemlərinin operativ həll edilməsi;
- Təchizat və logistika xərclərinin optimallaşdırılması;
- Rəhbərliyə müvafiq hesabatların hazırlanması.
Namizədə tələblər
- Təchizat, logistika, satınalma və ya əlaqəli sahədə minimum 5 il iş təcrübəsi;
- Ali təhsil;
- Təchizat və logistika prosesləri haqqında praktiki bilik;
- Təchizatçılarla effektiv kommunikasiya və danışıqlar aparmaq bacarığı;
- MS Office, xüsusilə Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Sənədlərlə işləmək və məlumatları sistemləşdirmək bacarığı;
- Vaxtın düzgün idarə edilməsi və operativlik;
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq;
- rus v/və ya ingilis dili üstünlükdür.
CV-nizi mövzu hissəsində “Təchizat və Logistika üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.














