"Mobil Group" MMC "Marketinq üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin marketinq fəaliyyətinin təşkilində iştirak edilməsi;
- Marka imicinin yüksəldilməsi və satış həcminin artırılması üçün təkliflərin hazırlanması;
- Mütəmadi olaraq bazar mühitinin araşdırılması və rəqib fəaliyyətinin izlənilməsi,
- Analitik təhlillərin aparılması;
- Tədbirlərin təşkilində iştirak edilməsi;
- Hesabatların hazırlanması və təqdim edilməsi;
Tələblər:
- Yenilikçi və yaradıcı olmaq;
- Analitik düşünmə qabiliyyəti;
- Sosial şəbəkələrlə işləmə bacarığı;
- Təqdimat hazırlaya bilmək;
- Rəqəmsal marketinq alətlərini idarə edə bilmək;
- Kontent hazırlaya bilmək;
- Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
- Ali təhsil (Marketinq üzrə olması üstünlükdür)
Əmək haqqı müsahibə əsasında təyin edilir.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət qaydası: [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Marketinq üzrə mütəxəssis” yazıb CV göndərməklə müraciət edilir.