MKT İstehsalat Kommersiya MMC
Əməkhaqqı hesablanması üzrə bölmə rəhbəri
Son tarix 13 dek 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Bölmənin fəaliyyəti və iş bölgüsünə nəzarəti həyata keçirmək;
- Müvafiq əməkdaşların əmək haqqı hesablanması sahəsində bilik və bacarıqlarının tələb olunan səviyyəyə cavab verməsini təmin etmək;
- Şirkət əməkdaşlarının aylıq əmək haqqının (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar, qanunvericilikdə nəzərdə tutulan tutulmalar) hesablanmasını və vaxtında ödənilməsini təmin etmək;
- Aylıq və rüblük əsaslarla bölmənin fəaliyyətinə aid hesabatların təhlilini aparmaq və təqdimatları hazırlamaq;
- Dövlət qurumlarına göndərilən müvafiq hesabatları hazırlamaq;
- Əməkhaqqı üzrə büdcə və proqnozların hazırlanmasında iştirak etmək.
Tələblər:
- Azərbaycan Respublikasının əmək qanunvericiliyini, o cümlədən, kənd təsərrüfatı və ya istehsalat sahəsi üzrə qanunvericiliyin tələblərini mükəmməl bilmək;
- Elektron hökümət portalları ilə (e-gov; e-taxes; ƏMAS) işləmə bacarığı;
- Sahə üzrə minimum 5 il iş təcrübəsi, o cümlədən, iş vaxtının cəmlənmiş uçotu, növbəli iş rejimləri üzrə əmək haqqı hesablanması sahəsində minimum 2 il iş təcrübəsi;
- 1С 8.3 proqramında sərbəst işləmə bacarığı;
- Microsoft Office (Excel,Word) proqramlarında sərbəst işləmək və analitik hesabatlar hazırlamaq bacarığı;
- Komanda idarə edilməsi bacarığı.
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Bazar ertəsi-Cümə (08:00-17:00);
- İş yeri: Bakı şəhəri, Qafqaz Biznes Mərkəzi.
CV-lər mövzu hissəsində “Əməkhaqqı hesablanması üzrə bölmə rəhbəri” qeyd edilməklə mail ünvanına göndərilməlidir.