MKT İstehsalat Kommersiya MMC
Regional Hüquqşünas (Biləsuvar-Salyan)
Son tarix 25 noy 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- İddia ərizələrinin, apellyasiya şikayətlərinin hazırlanması və məhkəmələrə təqdimedilməsi;
- Məhkəmə proseslərində təmsilçilik;
- Məhkəmə aktlarının icrası işini qanuna uyğun formada təşkil etmək;
- Problemli fermerlərlə müvafiq görüşlərdə iştirak etmək, onlarla danışıqlar aparmaqvə borclarının ödənilməsində iştirak etmək;
- Mülki, əmək və inzibati qanunvericiliyi bilmək və tətbiq etmək;
- Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək;
- Təhkim olduğu filiallara (məntəqələrə) zəruri hüququ yardımlar göstərmək, “MKT İK” MMC-nin və təhkim olduğu filialların mənafeyini müdafiə etmək, dövlət orqanları, hüquqi və fiziki şəxslərlə danışıqlar aparmaq, filialın əməkdaşlarına hüquqi yardım göstərmək;
- Görülən işlər haqqından Şöbə rəisinə və şöbənin nəzarət funksiyasını icra edən hüquqşünasa hesabatlar təqdim etmək, onların göstərişlərini icra etmək.
Tələblər:
- Ali təhsil
- Sahə üzrə minimum 1 il iş təcrübəsi
- Məhkəmə və icra orqanları ilə iş üzrə təcrübəsi olmalı;
- Müqavilələrlə iş təcrübəsi olmalı;
- Hüquqi nitq və yazışma qabiliyyəti olmalı;
- Azərbaycan dilini sərbəst bilməli, ingilis və rus dillərini bilməsi arzuolunandır;
- Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;
- İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı.
Çalışacağı regionlar – Biləsuvar,Salyan,Neftçala
Uyğun şəxslər CV-lərini mövzu hissəsində “Regional Hüquqşünas” qeyd etməklə mail ünvanına göndərə bilərlər.