MKT-İK MMC (Pambıq müəssisəsi) Təchizat üzrə kiçik mütəxəssis-(Sourcing junior specialist) vakansiyasına işçi axtarır.
Vəzifə funksiyaları
1. Şirkət təchizat strategiyasına uyğun yeni təchizat mənbələrinin və tədarükçülərin araşdırılması və mövcud təchizatçı bazasın genişləndirilməsi;
2. Mövcud təchizatçı bazası ilə daimi əməkdaşlıq və daha əlverişli şərtlərin əldə edilməsi;
3. Yeni təchizatçılarla şirkət strategiyasına uyğun ilkin danışıqların aparılması və şərtlərin müəyyənləşdirilməsi;
4. Təchizatçı siyahısına qeydiyyat və təchizatçıların qiymətləndirmə işinin təşkili;
5. Təchizat şöbəsi sənəd dövriyyəsi işinə nəzarət;
6. Yerli və xarici bazar üzrə yeni imkanların və risklərin izlənilməsi;
Tələblər
• 1 il təchizat, satınalma sahəsində təcrübə;
• Yüksək səviyyədə Azərbaycan, Rus və İngilis dillərində şifahi və yazılı ünsiyyət bacarıqları;
• İnternet resursları, kataloq və portallarda axtarış bacarıqları;
• Analitik düşünmə qabiliyyəti;
• Mövcud bazar iştirakçılarını tanımaq;
• İş qrafiki: 5 günlük, 09:30-18:30
• Əmək haqqı bilik və bacarığa əsasən mühasibə əsasında müəyyən ediləcək.
CV –ni Azərbaycan dilində [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Təchizat üzrə kiçik mütəxəssis-(Sourcing junior specialist)” yazmaqla müraciət edilir.
İT Şəbəkə Adminstratoru
MKT-İK MMC (Pambıq müəssisəsi) İT Şəbəkə Adminstratoru vakansiyasına işçi axtarır.
Vəzifə öhdəlikləri:
• LAN/WAN şəbəkəsi və İT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması;
• Şəbəkə avadanlıqlarının (Cisco, HP router, switch, və s.) funksionallığını maksimum səviyyədə artırmaq, təhlükəsizlik üçün ətraflı icra planlarını hazırlamaq;
• Router, Switch və Firewall-ları Şirkətin təhlükəsizlik standartlarına uyğun olaraq konfiqurasiya edilməsi;
İP-telefoniya sistemləri Asterix, CCM işləmək, Daxili ATS-lərin qurulması;
• Şəbəkə problemlərini müəyyən edib həll etmək;
• Monitorinq sistemi vasitəsilə infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqini aparmaq;
• Şəbəkənin yüklənilməsi və trafikin optimallaşdırılması;
• Avadanlıq və proqram təminatı sistemləri, o cümlədən yeni sistemlərin quraşdırılması və sənədləşdirilməsi;
• İT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək.
Tələblər:
- Müvafiq sahədə ali təhsil (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.);
- Azərbaycan dilində səlis danışıq və qrammatik cəhətdən düzgün yazı yazma bacarığı;
- İngilis və Rus dili bilikləri (danışıq qabiliyyəti, texniki sənədlərin oxunub tərcümə olunması);
- Server OS-ləri ilə iş üzrə baza bilikləri;
- Nəzəri bilik səviyyəsi CCNP;
- Məsuliyətlilik, diqqətlilik, lazım gəldikdə gərgin iş rejimində işləməyə hazır olmaq;
- Tələb olunan sahə üzrə minimum 3 il iş təcrübəsi
İş qrafiki: 5 günlük, 09:30-18:30
Əmək haqqı bilik və bacarığa əsasən mühasibə əsasında müəyyən ediləcək.
Müraciət qaydaları:CV –ni Azərbaycan dilində [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İT Şəbəkə Adminstratoru” yazmaqla müraciət edilir.