MKT-İK MMC (Pambıq müəssisəsi) Biznesin inkişafı şöbəsinin rəisi vakansiyasına işçi axtarır.
Vəzifə funksiyaları
1. Şirkətin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması
2. Təsdiq edilmiş strategiyanın yerinə yetirilməsinə nəzarət etmək
3. Biznes proseslərin idarə edilməsi işini təkmilləşdirilməsini həyata keçirmək
4. Bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, şirkətin biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili
5. Kənd təsərrüfatı, xüsusilə pambıqçılıq və taxılçılıq üzrə tədqiqat işlərinin aparılmasını təmin etmək
6. Pambıqçılıq və taxılçılıq üzrə beynəlxalq təcrübəni öyrənmək və tətqbiqi yollarını müəyyən etmək
7. Pambığın ilkin emalı və iplik istehsalı sahəsində beynəlxalq təcrübəni öyrənmək və tətqbiqi yollarını müəyyən etmək
Tələblər
• Ali təhsil
• Biznesin inkişafı sahəsində minimum 5 il iş təcrübəsi.
• Biznesin inkişafı sahəsində minimum 3 il rəhbərlik təcrübəsi.
• Azərbaycan, İngilis, Rus dillərini bilmək;
• MS Office (Word, Excel, Outlook, Power point);
İş qrafiki: 5 günlük, 09:30-18:30
Müraciət qaydaları: CV –ni Azərbaycan dilində [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Biznesin inkişafı şöbəsinin rəisi” yazmaqla müraciət edilir.
MKT-İK MMC (Pambıq müəssisəsi) Marketinq üzrə mütəxəssis vakansiyasına işçi axtarır.
Vəzifə funksiyaları
• Şirkətin yeni və mövcud layihələr üzrə marketinq və satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
• Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsul, xidmətlərin reklamının təşkil edilməsi;
• Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması;
• Sosial şəbəkələrdə və web səhifəmizdə carı aksiyalara dair bannerlərin və postların yerləşdirilməsinə nəzarət və səhifələrin idarəolunmasına dair büdcənin müəyyənləşdirilməsi, büdcə xərcləri hesabatının aparılması;
• Mövcud və gələcək məhsullara qarşı daxili və xarici bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
• Potensial müştəriləri şirkətin xidmətləri haqqında məlumatlandırılması.
Tələblər
• Ali təhsil (marketinq, kommersiya, iqtisadiyyat üzrə);
• Azərbaycan, İngilis və Rus dili – Səlis ünsiyyət bacarığı;
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
• MS Office proqramları və müvafiq dizayn proqramları biliyi.
İş qrafiki: 5 günlük, 09:30-18:30
Müraciət qaydaları:CV –ni Azərbaycan dilində [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Marketinq üzrə mütəxəssis” yazmaqla müraciət edilir.