MJ Finance
Baş mühasib
Son tarix 14 yan 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin Baş ofisinin/filiallarının mühasibat uçotunun təşkilini və ona nəzarəti həyata keçirir;
- Kredit portfeli uçotunun məlumatları ilə maliyyə hesabatının məlumatlarını müqayisə edir və onları yoxlayır;
- Mühasibat uçotunun müvafiq sahəsində sənədlərin qəbulu uzrə ilkin yoxlamanı həyata keçirir və hesablaşma prosesinə hazırlıq görür;
- Təsərrüfat əməliyyatlarının mühasibat hesabatlarında, gəlir və xərclərin formalaşmasında dəqiq və vaxtlı-vaxtında öz əksini tapmasını təmin edir;
- Şirkətin Baş ofisində/filiallarında mühasibat prosedurlarına riayət edilməsinə nəzarət edir;
- İlkin mühasibat sənədlərinə nəzarəti həyata keçirir;
- Ödəniş və hesablaşma öhdəliklərinin rəsmiləşdirilməsi qaydalarına nəzarət edir;
- Pul vəsaitlərinin, əsas vəsaitlərin və maddi əşyaların inventarlaşmasını həyata keçirir;
- Şirkətin filiallarında maliyyə və kassa nizam-intizamının uyğunluğuna nəzarət edir;
- Şirkətin işçilərinə əmək haqqının verilməsini həyata keçirir;
- Vergilər Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) hesabatların təqdim edilməsini təmin edir;
- Statistika hesabatlarının, ƏƏSMN və Vergilər Nazirliyinə hesabatların düzgün və vaxtlı-vaxtında verilməsini həyata keçirir;
- Şirkətin maliyyə vəsaitlərinin düzgün şəkildə istifadə edilməsinə yönələn tədbirlərin hazırlanmasında iştirak edir;
- Əsas vəsaitlərin, az qiymətli malların və qeyri-maddi ehtiyatların mühasibat uçotunda düzgün əks olunmasına nəzarət edir;
- Maliyyə və vergi hesabatları üçün əsas vəsaitlərin amortizasiyasının düzgün hesablanmasına nəzarəti həyata keçirir;
- Mərkəzi Bankdan və digər dövlət orqanlarından göndərilən sorğu və hesabatların hazırlanması.
Tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
- Peşəkar mühasibat setrtifikatının (PMS - MHBS) olması mütləqdir;
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi, Bank və BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür;
- 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
- MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
- Elektron portallarda işləmək bacarığının olması;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
- Balansın çıxarılması üzrə biliklərə sahib olmalı;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili üstünlükdür.
İş barədə məlumat:
- Əmək haqqı: 2000 AZN
- İş yeri : Bakı şəh, Aşıq Molla Cümə küç.
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 5 günlük iş qrafiki: 09.00-18.00
CV-lərinizi “Baş mühasib” başlığı altında e-mail ünvanına göndərməyiniz xahiş olunur.