Mint Services MMC
Aqronom
Son tarix 04 sen 2026 - [email protected]
“MINT Services” MMC “Aqronom” vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
- Dekorativ bitkilərin becərilməsi, inkişafı və sağlamlığının qorunması üçün aqrotexniki tədbirləri həyata keçirmək;
- Bitkilərin suvarılmasını planlaşdırmaq, suvarma sisteminə nəzarət etmək və su ehtiyatlarından səmərəli istifadəni təmin etmək;
- Torpaq və bitki analizlərinin nəticələrinə əsasən gübrələmə və qidalanma proqramlarını hazırlamaq və tətbiq etmək;
- Dekorativ bitkilərdə rast gəlinən xəstəlik, zərərverici və alaq otlarına qarşı inteqrir mübarizə tədbirlərini həyata keçirmək, zərurət yarandıqda funqisid, insektisid və herbisidlərdən düzgün istifadə etmək;
- Bitkilərin vegetasiya mərhələlərinə uyğun budama, formalaşdırma, bəsləmə və digər qulluq işlərini təşkil etmək;
- Mövsümə, torpaq və iqlim şəraitinə uyğun dekorativ bitki, ağac, kol və gül növlərinin seçilməsi, əkilməsi və köçürülməsini təmin etmək;
- Ting və dekorativ bitki materiallarının keyfiyyətinə nəzarət etmək, onların saxlanılması və inkişafını izləmək;
- Yaşıllaşdırma layihələrinin həyata keçirilməsində iştirak etmək, bitkilərin estetik görünüşünün qorunmasını təmin etmək;
- İstifadə olunan texnika, avadanlıq və materiallardan səmərəli istifadəni təmin etmək.
Namizəddə tələblər:
- Aqronomiya, Bağçılıq, Landşaft Memarlığı və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
- Dekorativ bitkilər, yaşıllaşdırma və ya landşaft sahəsində minimum 2-3 il iş təcrübəsi;
- Dekorativ ağac, kol, gül və mövsümi bitkilərin becərilməsi, qulluq qaydaları və xəstəlikləri barədə biliklər;
- Gübrələmə, suvarma sistemləri və bitki mühafizəsi vasitələrindən istifadə üzrə praktiki təcrübə;
- Məsuliyyətli, intizamlı və operativ işləmək bacarığı;
- Qərarvermə, planlaşdırma və komanda ilə işləmə bacarığı;
- MS Office proqramlarından istifadə bacarığı üstünlükdür.
Təminatlar:
- Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə
- Ünvan: Bakı şəhəri, Koroğlu və Ulduz m/st arası
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: 1200 AZN
Uyğun namizədlər öz CV-lərini “Aqronom” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.














