Millikart LLC
Hüquq üzrə mütəxəssis
Son tarix 30 apr 2023 - [email protected]
Öhdəliklər:
- Hüquqi sənədləri işləyib hazırlamaq;
- Cəmiyyətdə hüquqi işlərə metodiki rəhbərlik edilməsi;
- Struktur bölmələrə hüquqi yardım göstərilməsi, iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabın hazırlanmasında iştirak etmək;
- İddialara cavab hazırlamaq üçün arayışın, hesabatın, izahat və başqa materialların vaxtında verilməsinə nəzarət edilməsi;
- Cəmiyyəti məhkəmə və digər orqanlarda təmsil etmək;
- Təsərrüfat müqavilələrinin bağlanılması işində onlara hüquqi əsaslandırılmış rəy verilməsi;
- Kollektiv müqavilələrin şərtlərinin işlənib hazırlanmasında, eləcə də debitor və kreditor borcların məsələlərinin baxılmasında iştirak etmək;
- Struktur bölmələrlə birgə Cəmiyyətin korporativ sənədlərini (Nizamnamə, Cəmiyyətin nəzarət və icra orqanlarının əsasnamələri və s. daxili sənədlərin) hazırlamaq, onlara rəy vermək və zərurət olduqda dəyişikliklər etmək;
- Cəmiyyətin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, daxil olan normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında, eləcə də Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək;
- Cəmiyyətin fəaliyyətinə aid olan normativ aktlar ilə qüvvədə olan qanunvericiliyə dəyişikliklərlə vəzifəli şəxsləri tanış etmək;
- Qanunvercilikdə olan yenilik və dəyişikliklərlə bağlı müvafiq məlumatı aidiyyatı bölmələrə və rəhbərliyə təqdim etmək;
- Cəmiyyətin işçilərinə cari qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəy vermək;
Namizədə olan tələblər:
- Hüquq sahəsində ali təhsil
- Hüquq sahəsində minimum 2(iki) il təcrübə (Bank sahəsində arzuolunandır)
- Azərbaycan, rus dilini mükəmməl səviyyədə bilməlidir (ingilis dili yaxşı)
- Məsuliyyətlilik, komanda ilə işləmək bacarığı, operativlik, dürstlük və dəqiqlik mütləqdir.
İş rejimi:
- İş saatları 09:00-18:00
- Həftədə 5 gün
- İstirahət günləri- şənbə və bazar
Namizədin bilik və bacarıqlarından asılı olaraq əmək haqqı 1000-1200 AZN arası təyin olunacaqdır.
Müraciət etmək istəyənlər “Hüquqşunas” başlığı ilə elektron poçt ünvanına müraciət etsin.
*Yalnız qeyd edilən tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaq.