Milli Broker
Aparıcı bəyannaməçi
Son tarix 26 yan 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Qısa idxal bəyannamələrinin tərtib edilməsi;
- Tranzit gömrük bəyannamələrinin tərtib edilməsi;
- Bəyannamələrin sistemə işlənilməsi;
- Sərbəst dövriyyəyə buraxılış bəyannamələrinin elektron qaydada tərtibi;
- Mal və nəqliyyat vasitələrinin bəyan edilməsi;
- Mal və nəqliyyat vasitələrinin idxal-ixrac əməliyyatları zamanı bəyannamələrin hazırlanması;
- İxrac, müvəqqəti saxlanc, beynəlxalq tranzit proseduru altında malların bəyan edilməsi;
- Müştəri loyallığını təmin etmək üçün yüksək səviyyədə xidmət göstərmək;
- Cəlb edilmiş müştərilər ilə daim ünsiyyətdə olmaq.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Bəyannaməçinin İxtisas Attestatı;
- Müvafiq sahədə minimum 1 illik iş təcrübəsi;
- Gömrük orqanları və müvafiq sənədləşmə xidmətləri sahəsində təcrübənin olması;
- Dil bilikləri: Azərbaycan dili əla, İngilis və Rus dilləri arzuolunandır;
- Komputer bilikləri: Word, Excel, Outlook proqramlarını mükəmməl bilməli;
- Peşəkarlıq tələbləri:
- Azərbaycan Respublikasının Gömrük qanunvericiliyini bilməsi;
- Beynəlxalq tranzit prosedurunu bilməsi;
- Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması;
- Dəqiqlik və sənədlərlə düzgün işləmə bacarığı;
- Müştərini dinləmək və inandırmaq bacarığı;
- Müştərilərlə xoş ünsiyyətdə olmaq.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 24 yanvar 2023-cü il tarixidir.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Aparıcı bəyannaməçi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.