Bəyənnaməçi
Son tarix 31 dek 2021
Ümumi vəzifə öhdəlikləri:
-
Qısa idxal bəyannamələrinin tərtib edilməsi;
-
Tranzit gömrük bəyannamələrinin tərtib edilməsi;
-
Bəyannamələrin sistemə işlənilməsi;
-
Sərbəst dövriyyəyə buraxılış bəyannamələrinin elektron qaydada tərtibi;
-
Mal və nəqliyyat vasitələrinin bəyan edilməsi,
-
Mal və nəqliyyat vasitələrinin idxal-ixrac əməliyyatları zamanı bəyannamələrin hazırlanması;
-
İxrac, müvəqqəti saxlanc, beynəlxalq tranzit proseduru altında malların bəyan edilməsi;
-
Müştəri loyallığını təmin etmək üçün yüksək səviyyədə xidmət göstərmək;
-
Cəlb edilmiş müştərilər ilə daim ünsiyyətdə olmaq.
Namizədə qarşı tələblər:
-
Ali təhsil;
-
Bəyannaməçinin İxtisas Attestatı;
-
Müvafiq sahədə minimum 1 illik iş təcrübəsi;
-
Gömrük orqanları və müvafiq sənədləşmə xidmətləri sahəsində təcrübənin olması;
-
Dil bilikləri: Azərbaycan dili əla, İngilis və Rus dilləri arzuolunandır;
-
Komputer bilikləri: Word, Excel, Outlook proqramlarını mükəmməl bilməli;
-
Peşəkarlıq tələbləri:
-
Azərbsycan Respublikasının Gömrük qanunvericiliyini bilməsi;
-
Beynəlxalq tranzit prosedurunu bilməsi;
-
Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması;
-
Dəqiqlik və sənədlərlə düzgün işləmə bacarığı;
-
Müştərini dinləmək və inandırmaq bacarığı;
-
Müştərilərlə xoş ünsiyyətdə olmaq.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 31 dekabr 2021-ci il tarixidir.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Bəyannaməçi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır ([email protected]).
Gömrük təmsilçisi (Broker)
Son tarix 31 dek 2021
Ümumi vəzifə öhdəlikləri:
-
Müştərilərə gömrük təmsilçiliyi sahəsində xidmət paketini təqdim etmək;
-
Gömrük rəsmiləşdirilməsini həyata keçirmək;
-
Sənədlərin tərtibatı, sertifikatların alınmasında müştəriyə dəstək;
-
İdxal-ixrac zamanı yüklərə aid müvafiq orqanlardan icazənin alınması;
-
Gömrük rəsiləşdirilməsi məqsədi ilə malın gömrük sənədlərindəki məlumatların yoxlanılması;
-
Müqavilə şərtlərinə əsasən yüklərin sifarişçinin ünvanına çatdırılmasında iştirak;
-
Yüklərin göndərilməsi üçün müvafiq nəqliyyat vasitələrinin seçimində iştirak;
-
Yüklərin daşınmasına nəzarət, gömrükləşdirmə məsələlərinin təşkili,
-
Müştəri loyallığını izləmək və müsbət nəticəni təmin etmək;
-
Cəlb edilmiş müştərilər ilə daim ünsiyyətdə olmaq.
Namizədə qarşı tələblər:
-
Ali təhsil;
-
Müvafiq sahədə minimum 2 illik iş təcrübəsi;
-
Gömrük orqanları və broker xidmətləri sahəsində təcrübənin olması;
-
Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili arzuolunandır;
-
Komputer bilikləri: Word, Excel, Outlook proqramlarını mükəmməl bilməli;
-
Peşəkarlıq tələbləri:
-
Azərbsycan Respublikasının Gömrük qanunvericiliyini bilməsi;
-
Beynəlxalq Tranzit prosedurunu bilməsi;
-
Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması;
-
Dəqiqlik və sənədlərlə düzgün işləmə bacarığı;
-
Müştərini dinləmək və inandırmaq bacarığı;
-
Hüquqi biliklər;
-
Müştərilərlə əlaqə qurma bacarığı;
-
İdarəetmə bacarığı;
-
Yaxşı səs tonu, göz yaddaşı və səbr;
-
Məsuliyyətlilik, dəqiqlik və dürüstlük.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 31 dekabr 2021-ci il tarixidir.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Gömrük təmsilçisi (Broker)” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.