Milla Dairy
Büdcə və hesabatlılıq üzrə aparıcı mütəxəssis
Son tarix 02 noy 2025 - [email protected]
Namizədin vəzifə öhdəlikləri:
- Aylıq və illik maliyyə və idarəetmə hesabatlarını hazırlamaq;
- Hesabat dövrünün sonunda faktiki və büdcə nəticələrinin müqayisələrini əks etdirən hesabat hazırlamaq;
- Aylıq olaraq maya dəyərinin analizi və təhlili ;
- MHBS (IFRS) standartlarının tələblərinə uyğun müxabirləşmələri başa düşmək və düzəlişləri etmək;
- Proqnoz büdcənin hazırlanmasında iştirak;
- Xarici audit məqsədləri üçün illik maliyyə hesabatlarının hazırlanması;
- Audit prosesinin vaxtında bitirilməsi üçün bütün lazımi məlumatların və sorğuların cavablandırılması;
- Faktiki maliyyə hesabatlarında olan xərclərin analizi və optimizasiyası;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və nizamlı şəkildə yerinə yetirilməsi.
Namizədə tələblər:
- Maliyyə və mühasibatlıq sahəsində ali təhsil;
- Müvafiq sahədə 2-3 il iş təcrübəsi;
- Azərbaycan dilini səlis bilməli( ingilis dili üstünlükdür);
- ERP( 1C, mikro və s);
- MHBS üzrə bilikləri, F3 mütləqdir, F7 üstünlükdür;
- Mükəmməl səviyyədə excel bilikləri ;
- Pozitiv yanaşma
İş şərtləri:
- İş yeri: Hökməli qəsəbəsi
- İş qrafiki: 5 günlük iş qrafiki, saat 08:30-17:30
- Könüllü tibbi sığorta, korporativ mobil nömrə, servis və nahar şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını "Büdcə və Hesabatlılıq üzrə aparıcı mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.