Milla Dairy
Böyük vergi mühasibi
Son tarix 28 may 2025 [email protected]
İşin təsviri:
- Vergi və digər dövlət orqanlarına hesabatların vaxtında təqdim edilməsini təmin etmək, vergilərin və digər məcburi ödənişlərin vaxtında ödənilməsinə nəzarət etmək ;
- Şirkətdaxili sənədləşmələrin qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək;
- Şirkətin vergi risklərinin qarşısının alınması istiqamətində təkliflər vermək;
- Keçiriləcək vergi yoxlamaları zamanı vergi müfəttişlərinin sorğularının cavablandırılmasında iştirak etmək;
- Vergi, DSMF borcları üzrə qalıqlara nəzarət etmək və bu barədə baş mühasibi məlumatlandırmaq;
- Dövlət orqanları ilə yazışmaları icra etmək;
Tələblər:
- Təhsil – Ali (Maliyyə, Mühasibat uçotu və audit üzrə);
- Müvafiq sahədə minimum 3 il təcrübə;
- Azərbaycan dili mükəmməl, İngilis dilini orta səviyyədə bilməli;
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilməli
- 1C (8.3) yüksək səviyyədə bilməli
- Mühasibat uçotu, Vergi və Əmək Qanunvericiliyi üzrə mükəmməl biliklər;
- PMS, ACCA FA sertifikatlarının olması əlavə üstünlükdür.
- Analitik düşüncə və təhlil bacarığı, peşəsinə yüksək motivasiya ilə yanaşma, səbrli, məsuliyyətli və komanda ilə çalışma qabiliyyəti
İş şərtləri:
- İş yeri: Hökməli qəsəbəsi (Bakı-Şamaxı şoss.15-ci km)
- İş qrafiki: 5 günlük iş qrafiki, saat 08:30-17:30
- Nahar, servis, könüllü tibbi sığorta və korporativ mobil nömrə şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Böyük vergi mühasibi” qeyd etməklə Müraciət et butonunda qeyd olunan email ünvanına göndərə bilərsiniz.