Milla Dairy
Satınalma üzrə mütəxəssis
Son tarix 14 iyl 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətə tələb olunan məhsulların tədarükü, tədarükçülərin seçimi;
- Yerli və xarici bazarın təhlili və araşdırılması, yeni tədarükçülərin cəlb olunması;
- Satınalmalar üzrə şirkətin daxili tələblərinə uyğun sənəd dövriyəsinin aparılması;
- Daxil olan sifarişlərin qəbul edilməsi, təhlili, aidiyyəti şöbələr və rəhbərlik ilə razılaşdırılması;
Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (Mühəndislik ehtiyyat hissələrinin alışı üzrə təcrübə arzuolunandır)
- Azərbaycan və İngilis dilləri mükəmməl, Rus dili biliyi arzuolunandır;
- MS Office proqramları və 1C (8.3) üzrə biliklər;
İş şərtləri:
- İş qrafiki: Həftəiçi 5 gün, 08:30-17:30
- İş yeri: Bakı-Şamaxı şos.15-ci km (Hökməli qəs.)
- Qeyd: Nahar, servis, könüllü tibbi sığorta və korporativ nömrə şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Satınalma üzrə mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərə bilərsiniz.