Milla Dairy
Franşizə üzrə menecer
Son tarix 05 iyl 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Françayzinq biznesi sıfırdan qurmaq və idarə etmək;
- Franşizə tərəfdaşları ilə müntəzəm ünsiyyət və satış nöqtələrinin monitorinqi vasitəsilə franşizə qaydalarının riayət edilməsinə nəzarət etmək;
- Uğurlu başlanğıcı təmin etmək məqsədilə yeni satış nöqtəsinin açılmasında, eləcə də gələcəkdə yüksək standartları təmin etmək üçün franşizə tərəfdaşlara dəstək göstərmək;
- Məhsul portfeli, xüsusi təlimlər, tanıtım təqvimi (promotional calendar), marketinq aksiyaları, PR, vizual merçendayzinq və digər istiqamətlərdə franşizə tərəfdaşları ilə işləyərək pərakəndə satış artımını maksimuma çatdırmaq;
- Françayzinq sənədlərinin və müqavilələrinin hazırlanmasında/nəzərdən keçirilməsində Marketinq və Hüquq departamentləri ilə sıx əməkdaşlıq etmək;
- Françayzinq müqavilələrinə uyğunluğu təmin etmək üçün müxtəlif prosedurları, qaydaları və təlimatları hazırlamaq və tətbiqini nəzarət etmək;
- Franşizə tərəfdaşlarının maliyyə fəaliyyətini təhlil edir və çatışmazlıqları müəyyənləşdirərək həlli yolları tapır;
Vəzifə üzrə spesifikasiyalar:
Tələb olunan Təhsil və Təcrübə:
- Ali təhsil (iqtisadi, marketinq, ticarət);
- Françayzinq istiqamətində (A-dan Z-yə qədər) minimum 3 il uğurla nəticələnən iş təcrübəsi;
- FMCG sektorunda təcrübə;
Tələb olunan Bilik, Bacarıq və Davranış səriştəlilikləri:
- Azərbaycan dilini səlis bilməli və Rus dilini orta səviyyədə bilməli (danışıq)(İngilis dili arzu olunandır);
- Biznes danışıqları aparmaq bacarığı;
- Biznes yanaşma (biznes yönümlü) səriştəliyi;
- Pozitiv yanaşma və komanda ilə işləmək bacarığı
- Təşkilatçılıq, planlaşdırma qabiliyyəti;
- Məsuliyyət, analitik düşüncə qabiliyyəti; detallara yönümlü;
- Kompüter bilikləri: MS Office proqramları;
Əmək şəraiti və iş şərtləri barədə:
- İş yeri: Bakı-Şamaxı şos. 15-ci km.
- İş qrafiki: 08:30-17:30 (5 günlük iş qrafiki)
- Nahar, servis, könüllü tibbi sığorta və korporativ mobil nömrə şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Franşizə üzrə menecer” qeyd etməklə göndərə bilərsiniz.