MicroTech LLC
Satınalma üzrə mütəxəssis
Son tarix 13 mar 2026 - [email protected]
İş şəraiti:
- İş yeri: Bakı
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
- Əmək haqqı: 1300 AZN
Əsas vəzifə öhdəlikləri:
- SCADA, ERP, GPS monitorinqi və digər İT/təhlükəsizlik həlləri ilə bağlı avadanlıq,
- proqram təminatı və xidmətlərin satınalmasının təşkili
- Yerli və beynəlxalq təchizatçılarla danışıqların aparılması; qiymət təkliflərinin toplanması və müqayisəsi
- Müqavilələrin hazırlanması və idarə olunması, icrasına nəzarət
- Sifarişlərin vaxtında və düzgün icrasının təmin edilməsi
- Təchizat zənciri risklərinin təhlili və alternativ təchizatçıların müəyyən edilməsi
- Anbar, texniki və layihə komandaları ilə koordinasiyanın aparılması
- Satınalma hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
Tələblər:
- Ali təhsil (iqtisadiyyat, logistika, menecment və ya texniki ixtisaslara üstünlük verilir)
- Satınalma sahəsində minimum 2 il iş təcrübəsi (İT və ya texnologiya layihələrində təcrübə üstünlükdür)
- Azərbaycan və ingilis dillərini bilmək (rus dili üstünlükdür)
- MS Office proqramlarında işləmək bacarığı
- Güclü analitik düşünmə, danışıqlar aparma və vaxtın idarə olunması bacarığı
- Məsuliyyətli, detallara diqqətli və komanda ilə effektiv işləmə bacarığı
Müraciət üçün CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.











