“Mətanət A” şirkəti “Çağrı mərkəzi operatoru” vakansiyasını elan edir.
İşin təsviri:
- Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması;
- Gün ərzində çağrı mərkəzinə daxil olan zənglərin cavablandırılması;
- Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərə uyğun olan qiymətin müştəriyə ən uyğun formada bildirilməsi;
- Şirkətin cari satış kampaniyaları, məhsulları və s. haqqında müştərilərə ətraflı məlumat verilməsi;
- Sifarişin qeydiyyata alınması və icrası ilə bağlı müvafiq şöbəyə məlumatı ötürmək;
- Gün ərzində daxil olan zənglərin qeydiyyatının aparılması;
- Müvafiq telefon zənglərinin şöbələrə və aidiyyati şəxslərə yönəldilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
İş vaxtı:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü.
Əmək haqqı:Razılaşma yolu ilə.
Tələblər:
- Yaş həddi: 20-30
- Təshil: Ali (Humanitar sahələr üzrə)
- Dil bilikləri: Azərbaycan,Rus və İngilis dillərini əla səviyyədə bilməli;
- Aydın və səlis nitq bacarığı;
- Fikrini düzgün şəkildə izahetmə qabiliyyəti;
- Səbrli və məsuliyyətli;
- Müvafiq sahədə iş təcrübəsi arzuolunandır (call center, satış və müştəri xidmətləri sahəsində olanlara üstünlük verilir)
- Kompüter bilikləri – MS Office (Microsoft Word, Microsoft Excell,) MS Outlook proqramlarından və İnternet resurslarından sərbəst isifadə bacarıqları;
- Xüsusi bacarıqlar – İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
Şəxsi keyfiyyətləri:
- İşə planlı yanaşmaq bacarığı;
- Yüksək dinləmə, ünsiyyət və izahetmə qabiliyyəti;
- Nitq mədəniyyəti;
- Səlis və aydın danışıq tərzi
- Təmkinlilik, etibarlılıq, özünəinam;
- Səliqəli, çevik, operativ çalısan, bacarıqlı.
Qeyd:
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin.