İşə qəbul üzrə mütəxəssis
Son tarix 16 dek 2021
Vəzifə öhdəlikləri:
-
Namizədlərin cəlb edilməsi məqsədi ilə bütün şöbələrlə sıx işləyərək, işə qəbul və seçim prosesinin effektiv aparılması;
-
Şirkətin işə qəbul siyasətinə uyğun olaraq, işə qəbul prosesinin aparılması;
-
Zərurət olduqda, şöbə müdirlərinə işə qəbul prosesi ilə bağlı tövsiyyələr vermək;
-
İşçi tələbnamələrinə uyğun olaraq iş elanlarının yerləşdirilməsi;
-
Şirkətin əməkdaşlıq etdiyi işə düzəltmə agentliklərinin işlərini koordinasiya etmək;
-
Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
-
Uğurlu namizədlər haqqında əvvəlki və ya indiki işə götürənlərindən rəylər almaq;
-
Vəzifədən irəli gələn inzibati öhdəliklər – iş təkliflərinin hazırlanması, tələb olunan sənədlərin qəbulu və s.
-
İşçi işə başlayarkən görülən işlərin koordinasiyası;
-
İşə qəbul prosesinə aid mövcud qanunvericilik biliklərinin daim təkmilləşdirilməsi;
-
Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər.
Əmək haqqı: Razılaşma yolu ilə.
İş şəraiti:
-
İş saatı: 09-00-dan 18-00-dək;
-
İstirahət: Şənbə və bazar günü.
Tələblər:
-
İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi(Vəzifə üzrə minimum 2 il iş təcrübəsi arzu olunandır)
-
Ali təhsil: Oxşar ixtisas üzrə bakalavr dərəcəsi arzu olunandır;
-
AR-nın Əmək Məcəlləsinin işə qəbul sahəsinə aid maddələri haqqında məlumatlı olmaq;
-
Mülki tikinti və İstehsalat sahəsinə aid vəzifə və peşələr haqqında bilgilərin olması arzuolunandır;
-
Dil bilikləri: Azərbaycan və Rus dili, İngilis dili əla səviyyədə;
-
Kompüter bacarıqları: MS Office proqramları;
-
Yüksək ünsiyyət və komandada işləmək bacarığı.
Qeyd: CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərin ([email protected]).
Daşınmaların təşkili və idarəolunması üzrə mütəxəssis
Son tarix 16 dek 2021
İşin təsviri:
-
Zavodlar arasında xammalın daşınmasının təşkili və nəzarəti
-
Ehtiyyat yığım anbarına xammalın daşınmasının təşkili və nəzarəti
-
Qum karxanasının təminatı, təchizatı və nəzarətinin təşkili
-
Mərmər tozunun zavoda daşınmasının təşkili və nəzarəti
-
Kənar avtomobilləri bazar qiymətini araşdıraraq daşımalara cəlb etmək
-
Yeni daşıyıcılarla danışıqlar aparıb müqavilələr imzalamaq
-
Qum daşıyan kənar maşınların maddi tələbnamələrini hesablayıb maliyyə departamentinə təqdim etmək
-
Şirkətin avtomobillərini idarə edən sürücü əmakdaşların işlərinə nəzarət etmək
-
Qum karxanasında olan texnikaların yanacaq sürtkü materiallarının sifarişini vermək
-
Zavodlar arasında gələn xammalın qiymətlərini müqayisə edib işləmək
-
Karxanadan çıxan xammalla zavoda qəbul olunan xammalın qarşılaşdırılması və nəzarəti
-
Mütəmadi olaraq rəhbərliyə yazılı hesabat təqdim etmək.
İş şəraiti:
-
İş saatı: 09-00-dan 18-00-dək;
-
Şənbə günü: 09-00-dan 13-00a-dək
-
İstirahət: Bazar günü.
Əmək haqqı: Razılaşma yolu ilə.
Tələblər:
-
Yaş həddi: 30-45
-
Təhsili: Ali təhsilli
-
Loqistika üzrə iş təcrübəsi: Minimum 3 il.
-
Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus arzuolunandır.
-
Kompüter biliyi: Word, Excel, Internet Explorer, 1C proqramında işləmə bacarığı olmalı
-
Riyazi bilikləri əla olmalıdır
-
Texnikaların yanacaq və amartizasiya xərcləri haqqında müəyyən biliklərə sahib olmalıdır.
-
Bu gün üçün daxili yük daşımalarında bazar qiymətlərinə dair müəyyən qədər məlumatlara sahib olmalıdır
Əlavə Tələblər:
-
Logistika sahəsində təcrübə mütləqdir.
-
Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları, qiymətlərin formalaşdırma metodlarını və strategiyasını bilməsi;
-
Satınalma müqavilələri ilə işləmə bacarığı;
-
Ölkə daxili ezamiyyətlərə getmə imkanı.
-
Məsuliyyət, dürüctlük, dəqiqlik
-
İntellektual səviyyə, məntiq
-
Marşurutu yaxşı tanımalıdır
-
Hesabatlı işləməyi, rəhbərliyin proseslərə dair sorğularını dərhal və dəqiq şəkildə cavablandırmağı bacarmalıdır.
Qeyd: CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərin ([email protected]).
Sədr Assistenti
Son tarix 16 dek 2021
İşin təsviri:
-
Sənədləşmənin aparılması
-
Müxtəlif məktubların və hesabatların hazırlanması
-
Lazımi sorğu məlumatının operativ axtarışı
-
Sənədlərin qaydalara və standartlara uyğun tərtibi və arxivləşdirilməsini təmin etmək
-
İşgüzar görüşlərin və iclasların təşkili və protokollaşdırılması
-
Administrativ tapşırıqların icra olunması və ya koordinasiyası
-
Rəhbərləyin tapşırığını düzgün, dəqiq yerinə yetirib, rəhbərliyə bildirmək
-
Daxil olan zənglərin cavablandırılması
İş şəraiti:
-
İş saatı: 09-00-dan 18-00-dək;
-
İş günü: həftənin 5 günü.
Əmək haqqı: Razılaşma yolu ilə.
Tələblər:
-
Yalnız qadın namizədləri
-
Yaş həddi: 23- 35;
-
Təhsili: Ali təhsilli;
-
İş təcrübəsi: Minimum 2 il;
-
Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili.
Əlavə tələblər:
-
MSOffice proqramlarında işləmək bacarığı olmalı;
-
Danışıq qabiliyyəti və fikrini ifadə etməyi bacarmalı;
-
Analitik qabiliyyətə malik olmalı;
-
İşə planlı yanaşmalı;
Qeyd: CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərin ([email protected]).
Baş mexanik (nəqliyyat üzrə)/Mexanik çilingər
Son tarix 16 dek 2021
İşin təsviri:
-
Nəqliyyat vasitəsi və xüsusi texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
-
Nəqliyyat vasitələri və texnikaların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib hazırlamasına, təmirin keçirilməsinə, büdcə xərclərin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir;
-
Təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avtoparkın modernləşdirilməsi, balansda olan bütün texnika və nəqliyyat vasitələrinin texniki nəzarətini təşkil edir;
-
İstismar müddəti bitmiş texnika və nəqliyyat vasitələrinin vaxtaşırı dəyərləndirilməsini və yenilənməsini həyata keçirir.
Bilməlidir:
-
Nəqliyyat vasitələri və texnikaların habelə onlara qoşula biləcək əlavə avadanlıqların konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydaların;
-
Montaj və təmir metodlarını;
-
Defektlər üzrə cədvəl, passport,ehtiyat hissələrinin rəsmi albomunu (kataloq);
-
Təlimatların tərtib edilmə qaydasını;
-
Nəqliyyat vasitələri və texnikaların təmirdən sonar qəbul və təhvil verilmə qaydasını.
Əmək haqqı: Razılaşma yolu ilə.
Tələblər:
-
Təhsil: Ali
-
Yaş həddi: 30-45
-
İş təcrübəsi: 5 ildən çox iş təcrübəsi olmalı;
-
Kompüter biliyi: Ofis proqramlarında işləmə bacarıqlı (Word, Excel, 1C)
-
Dillər: Azərbaycan və Rus dillərini bilməli.
İş şəraiti:
-
İş saatı: 09-00-dan 18-00-dək;
-
İş günü: Həftənin 6 günü;
-
Şənbə günü: 09-00dan 13-00-dək
-
İstirahət günü: Bazar günü;
-
Servis xidməti mövcuddur;
-
Nahar şirkət tərəfindən qarşılanır;
-
AR ƏM-nə uyğun sənədləşmə;
-
İş yeri: İş görüşməsinin ünvanı: AZ 1023-Masazır-2 (Bakı-Sumqayıt şosesi, Masazır qəsəbəsi dairəsinin yaxınlığı)
Şəxsi keyfiyyətləri:
-
İşə planlı yanaşma;
-
Məsuliyyətlilik;
-
Təmkinlilik, etibarlılıq, özünəinam;
-
Səliqəli, təşkilatçı, operativ, bacarıqlı;
-
Ezamiyyə imkanları.
Qeyd:
-
Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərmək xahiş olunur ([email protected]).
-
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
-
Əlaqə nömrəsi: 050-201-80-47