Matanat A
İnsan resursları üzrə aparıcı mütəxəssis
Son tarix 30 dek 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Müxtəlif təyinatlar üzrə əmrlərin hazırlanması və yayımlanmasını həyata keçirir
- Mövcud vakansiyalar üzrə namizədləri seçir, müvafiq testlərdən, görüşmələrdən keçirir, uyğun olan namizədi işə qəbul edir.
- İşə qəbul sənədlərinin toplanması, yoxlanması, şəxsi işlərin hazırlanması, elektron bazada saxlanmasına nəzarət edir
- Bölmələrdə həftəlik hazırlanmış iş qrafikı üzrə işçilərin işə gəlməsinə nəzarət edir
- İşçilərin aylıq tabelinin hazırlanmasına nəzarət edir, ödəniş olunması üçün maliyyə şöbəsinə göndərir
- Şöbə rəhbərləri ilə birlikdə işçilərin məzuniyyət planını hazırlayır, həmin plan üzrə işçilərin məzuniyyətə çıxmasına nəzarət edir:
- Şirkət daxili prosedur qaydalarının pozulması hallarının təsbit edir, işçilərin izahatlarının, təqdimatların və komissiya üçün zəruri olan digər məlumatları toplayaraq nizam-intizam komissiyasını təşkil edir, komissiya tərəfindən verilən əmrin icrasını təmin edir:
- Vəzifə dəyişikliyi ehtiyaclarını araşdırır, uyğun sənədləşmənin aparılmasına nəzarət edir
- Şirkətin strukturunu hazırlayır və struktur dəyişikliyi ehtiyaclarını araşdırır.
- İşdən azad olunan işçilərə son haqq-hesabın verilməsi, işçiyə verilən imtiyazların geri alınmasına nəzarət edir
- İşçilərin məlumat bazasını yaradılmasına və daim yenilənməsinə nəzarət edir
- İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir
Tələblər:
- Ali təhsil
- Sahə üzrə 5 il iş təcrübəsi
- AR-nın Əmək məcəlləsini və qanunvericilikdəki dəyişiklikləri
- MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoit, 1C 8.3) istifadə bacarıqları
- İngilis və Rus dil bilikləri
İş şəraiti:
- İş yeri : Baş Ofis (Luxen Plaza)
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü.
- Nahar şirkət tərəfindən verilir
- Korporativ nömrə verilir
Əmək Haqqı:
- Əmək bazarına uyğun, rəqabətqabiliyyətli əməkhaqqı.
- Əmək haqqı diapazonu şirkətin reytinqinə əsasən müəyyən edilir.
- Təklif namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişir.
Vakansiyaya uyğun namizədlər CV-lərini “İR üzrə aparıcı mütəxəssis” başlığı ilə e-mail ünvanına göndərə bilər.