“Mətanət A” şirkəti Xarici satınalma mütəxəssisi vakansiyasını elan edir
İşin təsviri:
- Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təmininin həyata kecirilməsi;
- Avadanlıq, mal-material, ehtiyat hissələri, xidmət tədarükçülərinin axtarışı, təhlili və seçimi;
- Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;
- Alınan malların keyfiyyətinə nəzarət.
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və Bazar günü.
Əmək haqqı: Razılaşma yolu ilə.
Tələblər:
- Yaş həddi: 25-45
- Təhsili: Ali təhsilli.
- Xarici satinalmada İş təcrübəsi: Minimum 3 il.
- Dil bilikləri:Azərbaycan dili sərbəst, İngilis və Rus dilini bilməsi mütləqdir.
- Kompüter biliyi: Word, Excell, Internet Explorer.
Tələblər:
- Xarici Satınalma və təchizat sahəsində təcrübə mütləq(texniki biliyi olan, sənaye avadanlıq, elektrik və elektronik malların və onların ehtiyyat hissələrinin alışı təcrübəsi olan, beynəlxalq ticarətin əsaslarını bilmək şərtdir)
- Yaxşı Analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları, qiymətlərin formalaşdırma metodlarını və strategiyasını bilməsi;
- Satınalma sənədlərinin hazırlanma qabiliyyəti;
- Satınalma müqavilələri ilə işləmə bacarığı;
- Gömrüklə işləmə təcrübəsi; gömrük rəsmiləşdirilməsi qaydalarının bilməsi;
- Xarici logistikanın bilmesi;
- Yüksək məhsuldarlıq və iri həcmli informasiyalarla işləmə qabiliyyəti;
- Xarici və daxili ezamiyyətlərə getmə imkanı.
Qeyd:
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
- Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin.