Metak
Mühasib
Son tarix 04 mar 2026 - Müraciət et
Əmək haqqı - Danışıq əsasında
İş yeri Bakı - Dərnəgül
İşin təsviri
- Gündəlik mühasibat uçotu əməliyyatlarının aparılması və proqram təminatında əks etdirilməsi;
- Alış, satış, xidmət və digər təsərrüfat əməliyyatları üzrə ilkin sənədlərin yoxlanması və uçota alınması;
- Elektron qaimələrin göndərilməsi;
- Bank əməliyyatlarının icrası, ödəniş tapşırıqlarının hazırlanması,bank çıxarışlarının işlənməsi;
- Debitor və kreditor borcların izlənməsi və üzləşdirilməsi, qarşılıqlı üzləşmə aktlarının hazırlanması;
- Anbar və mal-material uçotunun aparılması;
- Mühasibat uçotu sənədlərinin tərtibi,sistemləşdirilməsi, saxlanması və arxivləşdirilməsi;
- Vergi və audit yoxlaması zamanı tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiyasının hesablanması.
Tələblər
- Ali təhsil (Maliyyə, Mühasibat, İqtisadiyyat);
- Müvafiq vəzifədə 1 ilə dək iş təcrübəsi;
- Mühasibat proqramlarında və Excel-də işləmək bacarığı;
- Əmək və vergi qanunvericiliyinin əsasları;
- E-gov, e-taxes portalları ilə işləmək bacarığı.
İş şərtləri
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Əmək haqqı razılıq əsasında təyin olunur;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.











