Metak
Daxili audit üzrə kiçik mütəxəssis
Son tarix 23 yan 2026 -
İşin təsviri
- Daxili audit planına uyğun olaraq audit yoxlamalarında iştirak etmək;
- İstehsalat, anbar, satınalma və digər proseslərin daxili nəzarət prosedurlarına uyğunluğunu yoxlamaq;
- Risklərin müəyyən edilməsi və nəzarət mexanizmlərinin qiymətləndirilməsində iştirak etmək;
- Audit nəticələri üzrə məlumatların toplanması, təhlili və sənədləşdirilməsi;
- Aşkarlanmış uyğunsuzluqlar üzrə hesabatların hazırlanmasına dəstək vermək;
- Daxili prosedur və qaydaların icrasına nəzarətdə iştirak etmək.
Tələblər
- Ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat, Audit və ya əlaqəli sahələr);
- Daxili audit, maliyyə nəzarəti və ya mühasibatlıq sahəsində minimum 0–1 il iş təcrübəsi (yeni məzunlara da baxıla bilər/ istehsalat müəssisəsində təcrübəyə üstünlük verilir);
- MS Excel və digər MS Office proqramlarında işləmə bacarığı;
- ERP sistemləri ilə işləmə təcrübəsi;
- Analitik düşüncə, detallara diqqət və məsuliyyətlilik;
- Məxfi məlumatlarla işləmə bacarığı;
- Komanda ilə işləmək və öyrənməyə açıq olmaq;
- Daxili audit və ya maliyyə nəzarəti üzrə təlim və sertifikatlara (CIA, ACCA və s. – başlanğıc səviyyə).
İş şərtləri
- Əmək haqqı Danışıq əsasında
- İş yeri Bakı - Dərnəgül
- 5 günlük iş həftəsi;
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Əmək haqqı razılıq əsasında təyin olunur;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.











