Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.
Bütün uğurlarımıza əməksevər, peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik. 850-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!
Metal konstruksiya üzrə mühəndis
İşin təsviri:
• Seçilmiş konstruktiv və texnoloji sxemlərin işlənməsi zamanı qurğuların hazırlanması, yığılması, quraşdırılması və nəql olunmasında ayrı-ayrı elementlərin möhkəmliyini, dayanıqlığını və sərtliyini təmin edən mühəndislik hesabatını aparmaq;
• Layihələndirilmə zamanı cizgilərin ümumi görünüşlərini, planını, kəsiklərini tam olaraq işləmək və bütün detalların cizgilərini işləmək;
• Qaynaq birləşmələrinin və düyünlərinin cizgilərini beynəlxalq standartlara uyğun olaraq işləmək;
• Konstruksiyada istifadə olunacaq materialları, yerinə yetirdiyi konstruktiv funksiyaya uyğun olaraq standartlara görə düzgün seçmək və spesifikasiya tərtib etmək, material tutumunu hesablamaq.
Tələblər:
• Təhsil: Ali texniki;
• İş təcrübəsi: Müvafiq vəzifələrdə 1-3 il;
• Kompüter bilikləri: Microsoft Office, AutoCAD, Corel Draw proqramlarında işləmək bacarığı;
• Dil bilikləri: Azərbaycan, Rus.
Əlavə şərtlər:
• Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
• Nahar şirkət tərəfindən verilir;
• İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
Maraqlanan şəxslər rəsmi saytda onlayn-anketi dolduraraq https://job.metak.az/vacancy/show/7 və ya [email protected] ünvanına CV göndərərək 17.04.2021–ci il tarixinə kimi müraciət edə bilərlər.