MER Group
İnsan Resursları üzrə mütəxəssis
Son tarix 08 may 2026 - [email protected]
İş şəraiti:
- İş yeri: Gumush Plaza
- İş qrafiki: Həftənin 5 günü
- İs saatı: 09:00-18:00
- Əmək haqqı: 1000 AZN
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyə əsasən rəsmiləşdirilmə;
Vəzifə Öhdəlikləri:
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə: İşçilərin işə qəbulu, işdən azad edilməsi, başqa vəzifəyə keçirilməsi, ezamiyyət və məzuniyyət əmrlərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun hazırlanması;
- 1C Proqramı ilə iş: Bütün kadr kargüzarlığı proseslərinin 1C (8.3 versiyası) proqram təminatına vaxtında və xətasız daxil edilməsi;
- E-hökumət portalı: Əmək müqaviləsi bildirişlərinin E-sosial.az (ƏMAS) portalında qeydiyyata alınması, xitam verilməsi və dəyişikliklərin edilməsi;
- Şəxsi işlərin aparılması: İşçilərin şəxsi işlərinin formalaşdırılması, sənədlərin tamlığına nəzarət edilməsi və arxivləşdirilməsi;
- Əmək kitabçaları: Qorunub saxlanılması (və ya elektron qaydada izlənilməsi);
- Tabel uçotu: İş vaxtının uçot tabelinin tərtib edilməsi, işçilərin davamiyyətinə və bülletenlərə nəzarət;
- Arayış və hesabatlılıq: İşçilərin müraciəti əsasında iş yerindən arayışların hazırlanması və HR menecerə dövri hesabatların təqdim edilməsi.
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil
- Təcrübə: HR sahəsində minimum 2 il iş təcrübəsi;
- Proqram bilikləri: 1C (mütləqdir);
- MS Office (xüsusilə Excel);
- E-hökumət portallarından sərbəst istifadə bacarığı.
- Qanunvericilik bilikləri: Azərbaycan əmək qanunvericiliyini bilmək
- Bacarıqlar: Detallara diqqətlilik, məsuliyyətlilik və konfidensiallığı qorumaq bacarığı.
- Korporativ etik qaydalar və işçi münasibətləri
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və ya nömrə ilə əlaqə saxlayın
Əlaqə: 051 929 55 11 (Yalnız WhatsApp)














