Meqa Həyat Sığorta
Satış üzrə mütəxəssis
Son tarix 08 may 2022 - [email protected]
Namizədlərə olan tələblər:
- Təhsil: Ali
 - Müştərilərlə ünsiyyət qurmaq və inandırmaq bacarığı
 - Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili və İngilis dili (arzuolunandır)
 
Əsas vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
 - Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
 - Sığorta şərtləri və təminatı haqqında müştərinin dəqiq məlumat almasında onlara köməklik göstərmək;
 - Sığorta məhsullarının satışı üzrə müəyyən olunmuş planları yerinə yetirmək.
 
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
 - İş vaxtı 09:00 - 18:00
 - İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
 - Sabit əmək haqqı sınaq müddətində 500 AZN
 - Sınaq müddətindən sonra 600 AZN + rüblük motivasiya
 
Zəhmət olmasa “mövzü” bölməsində “Satış şöbəsinin mütəxəssisi” qeyd etməklə CV-nizi (foto əlavə edilməlidir) göndərin.
Yalnız ilkin seçimdən keçən namizədlər müsahibəyə dəvət olunacaqdır.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







