Banner

Vakansiyalar

"Melissa Group" işçi axtarır - VAKANSİYA

"Melissa Group" işçi axtarır - VAKANSİYA | FED.az
22:51 25 Yan 2021

Melissa Group” - yaşayış komplekslərinin inşasını həyata keçirən Azərbaycanın ən proqressiv tikinti şirkətlərindən biridir. Bizimlə birlikdə çalışmaq istəyirsinizsə, sizi komandamıza dəvət edirik. Elan etdiyimiz vakansiya ”xarici təchizat üzrə mütəxəssis” vakansiyasıdır.

Vəzifə öhdəlikləri:

• Təchizat proseslərinin hazırlanması, yerinə yetirilməsi və icra olunmasının idarə edilməsi;
• Satınalma və təchizatla bağlı xarici şirkətlərlə rəsmi danışıqların aparılması, iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması;
• Potensial təchizatçıların və xidmət təminatçılarının məlumat bazasının yaradılması, təchizatçı sorğuları əsasında müntəzəm şəkildə yenilənməsi;
• Təchizatçıların və xidmət təminatçılarının texniki və maliyyə təhlili üzrə müqayisəsinin aparılması, müqayisəni göstərən sənədin yaradılması və təchizatçıları texniki və maliyyə ballarına görə dərəcələrə bölünməsi;
• Əsas təchizatçılarla effektiv əlaqələrin və tərəfdaşlığın inkişaf etdirilməsi və idarə edilməsi;
• Satınalma və təchizat strategiyasının hazırlanması, inkişafı və həyata keçirilməsi;
• İllik satınalma planının hazırlanması;
• Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
• Satınalma risklərinin idarəedilməsi, qiymətləndirilməsi və azaldılması;
• Şöbələrdən gələn satınalma və ya təchizat tələblərinin nəzərdən keçirilməsi, analiz olunması, satınalma sifarişlərinin hazırlanılması, müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
• Yerli və xarici bazarın araşdırılması, qiymət və çeşid üzrə müxtəlif variantların təqdim edilməsi, bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
• Məhsulların, avadanlıqların, onların hissələrinin vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi;
• Qəbul olunmuş məhsullarda, avadanlıqlarda, onların hissələrində aşkar olunmuş qüsurlar barədə təchizatçının məlumatlandırılması, zəmanət işləri üzrə danışıqların aparılması;
• Şirkətin yerli və xarici tədbirlərdə, görüşlərdə təmsil olunması.
• Alınmış mallar və görülmüş işlər barədə hesabatların hazırlanması.

Vəzifə ilə bağlı tələblər:

• Müvafiq məhsulların satınalınması sahəsində iş təcrübəsi olanlara üstünlük verilir;
• Azərbaycan, rus və ingilis dillərində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurma bacarığı;
• Ali təhsil;
• Planlama, analiz və idarəetmə bacarığı;
• MS Office (MS Word, MS Excel, MS PowerPoint) üzrə mükəmməl biliyin olması;
• MS Project üzrə biliyin olması arzuolunandır.
• Xarici ölkələrə ezamiyyələrə hazır olması;

Əlavə məlumat:

• Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
• İş saatı: 6 günlük iş qrafiki ilə təyin olunur.
• Əmək haqqı müsahibə əsasında, namizədin bilik və bacarıqlarını nəzərə alaraq təyin olunacaqdır.

CV-lərinizi [email protected] ünvanına "Xarici təchizat üzrə mütəxəssis" başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

Banner

Digər xəbərlər