Vəzifə: Marketinq şöbəsinin rəhbəri
Vəzifəyə dair tələblər:
- Marketinq strategiyasının və büdcə planlamasının işlənib hazırlanması, analitik təhlillərin aparılması, proqnozların verilməsi, strategiyanın yerinə yetirilməsinin təmin edilməsi;
- Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq komandasına strateji istiqamətin təyin edilməsi;
- Marketinq komandasının hədəflərinin təyin edilməsi və təqib olunması;
- Bazar mövqelənməsinin təyin olunması və bu istiqamətdə işlərin təşkil edilməsi;
- Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
- Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmalarının aparılması, bazar dinamikasını, rəqibləri və rəqib məhsullarının təqib edilməsi;
- Şirkətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılması;
- Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin edilməsi;
- PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
- Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
- Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi, analitik təhlillərin aparılması;
- Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
- Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi, ;
- Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müsahibə əsasında müəyyən ediləcəkdir.
Namizədə olan tələblər:
- Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin bakalavr və ya maqistr təhsilinin olması;
- Marketinq sahəsində azı 5 il, marketinq rəhbəri vəzifəsində isə azı 3 il iş təcrübəsinin olması;
- Marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olması;
- Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olması;
- Rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurma bacarığının olması;
- Lüks sektorda marketinq rəhbəri vəzifəsində təcrübəyə malik olanlara üstünlük veriləcəkdir.
CV-lərinizi [email protected] ünvanına "marketinq şöbəsinin rəhbəri" başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.