Melissa Group
Daxili audit və təftiş üzrə menecer
Son tarix 20 noy 2025 - [email protected]
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
- Əməkhaqqı: 3000-3500 AZN
- İş yeri: Baş ofis
Əsas vəzifə öhdəlikləri:
- Risk əsaslı daxili nəzarətin təşkili və risk əsaslı yoxlamaların həyata keçirilməsini təmin etmək;
- Daxili nəzarət və təftiş funksiyasının icrası üçün müxtəlif analitik və operativ təhlil, təftiş, yoxlama proseslərinin planlanmasında və icrasında iştirak etmək;
- Sifariş verilən mallarla, təhvil verilən malların uyğunluğunu nəzarətdə saxlamaq;
- Həftəlik və aylıq satış hesabatı üzrə Firmalarla üzləşmə Aktları tərtib etmək hər iki tərəfə imzalatmaq;
- Maliyyə hesabatlarının düzgünlüyünü, vergi, mühasibat uçotu və digər normativ-hüquqi aktlara uyğun aparıldığını yoxlamaq;
- Maliyyə və uyğunluq auditlərinin vaxtında həyata keçirilməsini təmin etmək üçün audit prosesini aktiv şəkildə idarə edilməsi;
- Maliyyə və material risklərinin aşkarlanması və qabaqlayıcı tədbirlərin görülməsi;
- Gündəlik olaraq ödənilən vəsaitin təyinatını araşdirib həqiqiliyini yoxlamaq;
- Borcla bağlı uyğunsuzluqları təsbit etmək, nəticəsini aktlaşdırıb Firma Rəhbərliyinə təqdim etmək;
- Müəssisənin bölmələrində sayım, üzləşmə, yoxlama və inventarizasiya aparılmasını təşkil edir;
- Əməkdaşlıq edilən şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması;
- Şirkətin anbarları arasında mal hərəkətinin 1C proqramında baxılması və əməliyyatların düzgünlüyünə nəzarət edilməsi;
- Anbarlar üzrə mal qalıqlarının təhlili və uyğunlaşdırılması;
- İllik Təftiş planının tərtibi və plana uyğun təftiş prosedurlarını həyata keçirmək.
Namizədə tələblər:
- Ali təhsil (maliyyə, audit, mühasibatlıq, iqtisadiyyat və ya mühəndislik sahələri üzrə)
- Minimum 3 il audit və ya təftiş sahəsində iş təcrübəsi (tikinti sahəsində təcrübəyə üstünlük verilir)
- Maliyyə və tikinti sənədləri ilə işləmək bacarığı
- Qanunvericilik və audit standartları haqqında biliklər
- Yüksək analitik düşünmə və təhlil bacarığı
- MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı
- 1 C proqramında sərbəst işləmə bacarığı
- Müstəqil işləmək və hesabat vermək bacarığı
- Komandada işləmək və strukturla effektiv ünsiyyət bacarığı
Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Daxili audit və təftiş üzrə menecer” qeyd edərək, Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.