Melissa Group
Baş mühasib
Son tarix 17 may 2023 - [email protected]
Vəzifəyə dair tələblər:
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
- Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək;
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Əməkhaqqı fondunun xərclənməsinə ştat cədvəlinə uyğun olaraq nəzarət etmək;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Cinsi : Kişi
- Yaş : 25-35
- Dil bilikləri: Azərbaycan dili (əla), rus dili və ingilis dili bilən namizədlərə üstünlük veriləcək
- Ali iqtisadi təhsil;
- PMS sertifikatı;
- Baş mühasib kimi istehsalat, xidmət və satış sektorunda 3 il iş təcrübəsi;
- Aparıcı mütəxəssis kimi tikinti sektorunda 1 il iş təcrübəsi olanlra üstünlük veriləcəkdir.
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
- MS Office proqramlarını bilməli (mükəmməl Excel bilikləri) ;
- 1C 8.2 və 8.3 rəsmi mühasibatlığın işlənməsi
- Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.
- Fərdi və kollektivdə işləmə qabiliyyəti
- Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı
Əmək haqqı: 2300-2400 AZN
İş vaxtı və iş qrafiki: 5 günlük iş həftəsinə uyğun olaraq, 40 saatdan çox olmayaraq.
CV-lərinizi [email protected] ünvanına "Baş mühasib" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.