Melissa Group
Əməkhaqqı hesablaması üzrə mütəxəssis (Payroll)
Son tarix 19 mar 2026 - [email protected]
İş şəraiti
- İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
- Əmək haqqı: 1500 - 2000 AZN
- İş yeri: Melissa Group (Baş ofis)
Vəzifə öhdəlikləri:
- Şirkət üzrə aylıq əməkhaqqının tam və düzgün tarifli və sabit əməkhaqqı sistemlərinin idarə olunması;
- Bonus, mükafat, əlavə iş saatı, gecə saatı və bayram günləri üzrə ödənişlərin hesablanması;
- Məzuniyyət (əmək, ödənişsiz, analıq və s.), ezamiyyət və xəstəlik vərəqələrinin hesablanması;
- Son haqq-hesabın (işdən çıxma zamanı) düzgün aparılması;
- Vergi, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə tutulmaların düzgün hesablanması;
- Müvafiq dövlət orqanlarına aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi;
- İcra sənədləri (aliment, kredit və s.) üzrə tutulmaların aparılması;
- İş vaxtının uçotu tabelinin yoxlanılması və əməkhaqqına inteqrasiyası;
- Ştat cədvəli və əmək haqqı fondunun nəzarətdə saxlanılması;
- Aylıq payroll reyestrlərinin və əməkhaqqı hesabatların hazırlanması;
- Audit sorğularına və daxili yoxlamalara operativ məlumat təqdim edilməsi;
- Məxfi məumatların qorunmasının təmin edilməsi;
- HR və maliyyə şöbələri ilə koordinasiyalı işləmək;
- Əmək qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi.
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit ixtisası üzrə);
- Payroll sahəsində minimum 2-3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi və vergi qanunvericiliyi üzrə güclü biliklər;
- Sosial sığorta və xidmət haqları qanunvericiliyi, əməkhaqqı uçotunun metodologiyası;
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
- Yüksək səviyyədə ofis proqramları (xüsusilə Excel) biliyi;
- 1C 8.3 proqramında işləmək bacarığı mütləqdir;
- Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyətlilik;
- Məxfilik prinsiplərinə riayət etmə;
- Komandada işləmə bacarığı;
- 21-35 yaş arası namizədlər.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "Əməkhaqqı hesablaması üzrə mütəxəssis (Payroll)" başlığı ilə göndərməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.











