Mega Insurance
Korporativ satış üzrə baş mütəxəssis
Son tarix 09 avq 2024 - [email protected]
Korporativ satış şöbəsinə sığorta məhsullarının satışı sahəsində təcrübəsi olan komanda üzvləri axtarırıq.
Namizədlərə olan tələblər:
- Təhsil: Ali.
- Axtardığımız şəxsi keyfiyyət: Müştərilərlə rahat ünsiyyət qurmaq və inandırmaq bacarığı.
- İş təcrübəsi: Sığorta sektorunda biznesin inkişafı və satış sahəsində təcrübəsi olanlara üstünlük verilir.
- Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dili (yaxşı).
Əsas vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər təşkil etmək.
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsullarını təklif etmək, sığorta şərtləri və təminatı haqqında müştərinin dəqiq məlumat almasında onlara köməklik göstərmək.
- Sığorta məhsullarının satışı üzrə müəyyən olunmuş aylıq, rüblük və illik satış planlarını yerinə yetirmək.
Əmək şəraitinin şərtləri:
- Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq müəyyən olunur.
- İş vaxtı: 09:00-dan 18:00 –dək olmaqla 5 günlük iş həftəsi.
- Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.
- Tibbi sığorta təminatı.
- Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.
- “Meqa Sığorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.
Zəhmət olmasa mövzu bölməsində “Korporativ satış” qeyd etməklə CV-nizi (foto şəkil ilə) e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqdır.