Mega Insurance
Filial müdiri (Sumqayıt)
Son tarix 14 mar 2024 - [email protected]
Namizədlərə olan tələblər:
- Təhsil: Ali.
 - Şəxsi keyfiyyətlər: Dəqiqlik, Müştərilərlə rahat ünsiyyət qurmaq.
 - İş təcrübəsi: Sığorta sektoru üzrə satış sahəsində minimum 3 il iş təcrübəsi.
 - Dil bilikləri: Azərbaycan dili.
 
Əsas vəzifə öhdəlikləri:
- Yeni satış kanallarını cəlb etmək.
 - Potensial müştərilərlə görüşlər təşkil etmək.
 - Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsullarını təklif etmək, sığorta şərtləri və təminatı haqqında müştərinin dəqiq məlumat almasında onlara köməklik göstərmək.
 - Könüllü Sığorta məhsullarının satışı üzrə müəyyən olunmuş aylıq, rüblük və illik satış planlarını yerinə yetirmək.
 
İş şərtləri:
- Əmək müqaviləsi əsasında.
 - İş qrafiki: I-V günlər (09:00-18:00). Şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
 - Əmək haqqı: Namizədin təcrübə və satış bacarıqlarına əsasən təyin olunur. Əmək haqqından əlavə olaraq rüblük və illik bonus verilir.
 
Zəhmət olmasa mövzü bölməsində “Sumqayıt filialı” qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.
Vakansiya tələblərinə uyğunluq üzrə ilkin seçimdən keçən namizədlər müsahibəyə dəvət olunacaqdır.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







