Medsol
Əczaçı
Son tarix 19 yan 2025 - [email protected]
İş yeri: Bakı şəhəri, Nəsimi rayonu
İş qrafiki: 6 günlük iş həftəsi, növbəli qrafik
Əmək haqqı: 500-1200 AZN
Vəzifə öhdəlikləri:
- Dərman preparatları və tibbi ləvazimatların satışı prosesinin həyata keçirilməsi
- Aptekə gələn malların yoxlanılması, tərkiblərinə uyğun tələb olunan qaydada yerləşdirilməsi
- Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət edilməsi
- Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət edilməsi və s.
- Həkimlərin tələbnamə və təyinatlarının qəbul edilməsi
Namizəddən tələblər:
- Tibbi təhsil (Ali və ya orta ixtisas)
- Müvafiq sahədə iş təcrübəsi
- Diqqətli, məsuliyyətli, dürüst və cəld
- Komandada işləmək bacarığı
- Müştəri ilə ünsiyyət qurmağı bacarmalı
- Dil bilikləri olanlara üstünlük veriləcək
Namizədlər öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Logistika üzrə mütəxəssis
Son tarix 19 yan 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Gömrük bəyannaməsinin və nəqliyyat sənədlərini düzgün şəkildə tərtibi. Gömrük Bəyənnamələrinin düzgün və cəld şəkildə doldurulması və elektron imza ilə təsdiqlənməsi..
- Beynəlxalq Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika sahəsində xarici əlaqələrin təşkili;
- Gömrük rəsmiləşdirilməsi ilə bağlı zəruri sənədləri aidiyyatı şöbələrdən toplamaq (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası, və s. aidiyyatı məsələlər ilə bağlı müraciətlər etmək;
- Daşımaları həyata keçirən xarici şirkətlərlə əlaqələr yaratmaq, yüklərin daşınmasını təşkil etmək;
- İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatları hazırlamaq və prosesə nəzarət etmək;
- Daşınma xərci, sığorta və gömrük rüsumları barədə məlumatların müəyyən olunması və ödənişlərin vaxtında icrasına nəzarət;
- Bazar qiymətlərinin monitorinqini aparmaq, güvənli yerli və xarici logistika şirkətlərini tapmaq və riskləri dəyərləndirmək;
Namizədə tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: Müvafiq sahə üzrə 1-3 il;
- Dil bilikləri: Azərbaycan dili -səlis (Rus və İngilis dilləri üstünlükdür);
- Gömrük Bəyannamələrinin növləri/rejimləri haqqında biliklərin olması:
- MC Office proqramlarında işləmək bacarığı;
- İşində məsuliyyətli, dəqiq, operativ, punktual və kollektivdə işləmə bacarığı;
- Yarana biləcək problemləri həll etmə bacarığı.
İş şəraiti:
- İş yeri; Bakı şəh, Nəsimi rayonu
- İş saatı 9:00-18:00-dək; 5 günlük iş rejimi;
- Əmək haqqı: NET 800 AZN (nahar şirkət tərəfindən təmin olunur)
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə "Logistika üzrə mütəxəssis" yazmaqla e-mail ünvanına göndərə bilərlər