Medsol
Tibbi Sərf mallarların araşdırılması üzrə product menecer
Son tarix 06 noy 2023 - [email protected]
Namizədə tələblər:
- Satış strateqiyasının qurulması, təşkili və üzərində işlənməsi
- Məhsulun tanıdılması üçün layihənin yönləndirilməsi
- Müştərilərlə işin təşkili, gündəlik klinikalara baş çəkmək və məhsulları tanıtmaq. Qarşıya qoyulan tapşırıqların vaxtı-vaxtında və keyfiyyətlə yerinə yetirilməsi. Görülən işlər barədə gündəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi. Məhsul bazarının, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi.
- İş təcrübəsi: Sahə üzrə 3 il iş təcrübəsi tələb olunur;
- Təhsili/ixtisası: Ali təhsil (tibb və ya əczaçılıq təhsili olanlara üstünlük verilir);
- Dil bilikləri: Azərbaycan və rus dilini mükəmməl səviyyədə bilməlidir, ingilis dili arzuolunandır;
- Kompüter bilikləri: MS Office;
- Fərdi keyfiyyət tələbləri: idarəetmə bacarığı, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, təqdimetmə bacarığı, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.
- Maaş: ilkin təklif olunan aylıq maaş – 1000-2000 AZN aralığı + Aylıq bonus
- İş qrafiki: Həftənin 5 günü, saat 08:00-17:00
- Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini, mövzu hissəsində “Xüsusi Tibbi Sərf mallarların araşdırılması üzrə product menecer” qeyd etməklə elektron ünvanına göndərməyiniz xahiş olunur.
- Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.