MediClub
Tibbi ekspert
Son tarix 13 okt 2023 - [email protected]
Vəzifəyə qoyulan tələblər:
- Ali tibbi təhsil;
- Tibbi yardım sahəsində ən azı 5 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı (ingilis dili arzuolunandır);
- MS Office proqramlarında işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Xəstəxana tibbi ekspertizanın həyata keçirilməsini təmin etmək;
- Müqavilə bağlanmış Tibb müəssisələrdə seçilmiş həkimlərin müayinələrinə dair xərclərin statistikasını aparmaq;
- Tibb müəssisəsi ilə sığorta olunan arasında yaranmış tibbi xidməti təşkil etmək ilə əlaqəli mübahisəli məsələlərin araşdırılmasını, təhlilini və aradan qaldırılmasını təmin etmək və s.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük iş rejimi;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq razılaşma əsasında təyin edilir.
Qeyd: Təqaüdə çıxmış həkim namizədlərə üstünlük verilir. Həmçinin, distant (məsafədən) işləmək imkanı vardır.
Qeyd olunmuş tələblərə cavab verən namizədlər, mövzu hissəsində iddia edilən vəzifənin adını qeyd etməklə, CV- lərini elektron ünvanına göndərmələri xahiş olunur.