Mazarina Trade Company
Sayımçı Nəzarətçi (Gecə növbəsi)
Son tarix 03 avq 2025 [email protected]
Tabeçiliyi: Anbar Rəhbəri / Logistika Meneceri
Struktur: Monitorinq və təftiş şöbəsinin müdirinə
Vəzifənin Məqsədi:
Məhsulların anbardan çıxış prosesinə, sənədlərə uyğun yüklənməsinə və daşınma üçün düzgün şəkildə yerləşdirilməsinə nəzarət etmək. Prosedur və qaydalara əsasən material və məhsul axınında dəqiqliyin və şəffaflığın təmin olunması.
Əsas vəzifə öhdəlikləri:
- Gecə növbəsi zamanı anbardan çıxan bütün məhsulların sənədlərə uyğunluğunu yoxlamaq və təsdiqləmək.
- Məhsulların avtomobillərə yüklənməsi prosesinə nəzarət etmək və düzgün sayda təhvil verilməsini təmin etmək.
- Malın çıxışı zamanı uyğun yükləmə ardıcıllığının və standartların tətbiqinə nəzarət etmək.
- Malların təhvil-təslim aktları və digər çıxış sənədləri əsasında yoxlamaları həyata keçirmək.
- Yüklənən məhsulların say və çeşid baxımından sənədlərlə tam uyğunluğunu təmin etmək.
- Yükləmə zamanı aşkarlanan uyğunsuzluq və ya kənarlaşmaları dərhal rəhbərliyə bildirmək.
- Şirkətin daxili prosedur və qaydalarına uyğun şəkildə hesabatların hazırlanmasında iştirak etmək.
- İş zamanı təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına ciddi şəkildə əməl etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Sayma, yoxlama və sənədlərlə iş üzrə dəqiqlik və diqqətlilik.
- Fiziki yükləmə və nəzarət işləri üçün sağlamlıq və dözümlülük.
- Komanda ilə işləmə bacarığı.
- Gecə növbəsində işləməyə uyğunluq və məsuliyyətli yanaşma.
Məsuliyyət və hesabatlılıq:
- Gecə növbəsində malların çıxışına dair hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Aşkarlanmış uyğunsuzluqlar barədə vaxtında məlumatlandırma.
- Say və sənəd uyğunluğu üzrə məsuliyyət daşıyır.
İş şəraiti:
- Əmək haqqı: 800 AZN
- İş saati 18.00-00.00
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət Et düyməsində qeyd olunan mail ünvanına mövzu hissəsinə “Sayımçı nəzarətçi” qeyd edərək göndərə bilər.
Ünvan: Ziya Bünyadov pr., Ələsgər Qayıbov 12/22 (Gülüstan Palace)
Yaxınlıqda yerləşən obyektlər: Rich Hotel, Caspian Bussines Hotel, EuroHome Tikinti materialları bazarı və CONNECT.
Təftişçi (Satış prosesi üzrə nəzarət)
Son tarix 03 avq 2025 [email protected]
Tabeçiliyi: Monitorinq və təftiş şöbəsinin müdirinə
Struktur: Monitorinq və təftiş şöbəsi
Vəzifənin Məqsədi
- Satış komandalarının fəaliyyətinə, rut planlarına, mağaza ziyarətlərinə, satış nöqtələrində məhsul yerləşdirilməsinə və satış sənədlərinə nəzarət və təftiş həyata keçirmək. Proseslərdə şəffaflıq və effektivliyin təmin olunmasına dəstək vermək.
Əsas vəzifə öhdəlikləri
- Satış nümayəndələrinin rut (marşrut) planlarına uyğun fəaliyyətini nəzarətdə saxlamaq və yoxlamaq.
- Günlük mağaza ziyarətlərinin real icrasını yerində araşdırmaq və faktiki mövcudluğu təsdiqləmək.
- Satış nöqtələrində məhsulların düzgün yerləşdirilməsinə, kampaniyaların tətbiqinə və standartlara uyğunluğuna nəzarət etmək.
- Satış sənədlərinin (sifariş, təhvil-təslim və s.) düzgünlüyünü yoxlamaq və uyğunsuzluqları aşkarlamaq.
- Satış komandası tərəfindən həyata keçirilən əməliyyatların şirkət siyasət və prosedurlarına uyğunluğunu qiymətləndirmək.
- Aşkarlanan hər hansı pozuntu, uyğunsuzluq və ya təhrif halları barədə dərhal rəhbərliyə yazılı hesabat təqdim etmək.
- Təftiş nəticələrinə əsasən gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.
- Rəqəmsal və analitik alətlərdən istifadə edərək satış performanslarını qiymətləndirmək və məlumat təqdim etmək.
- Lazım gəldikdə satış nöqtələrində qəfil yoxlamalar (spot-check) həyata keçirmək.
Tələb olunan bilik və bacarıqlar
- Satış və təftiş sahəsində minimum 1-2 il təcrübə
- Rəqəmsal satış sistemləri (ERP, CRM, mobil tətbiqlər və s.) üzrə biliklər
- Diqqətli, obyektiv və analitik düşüncə tərzinə sahib olmaq
- Sahə ilə iş təcrübəsi və hərəkətli iş rejimində işləmək bacarığı
- Hesabatların hazırlanması və təhlil üzrə bacarıq
- Effektiv ünsiyyət və komandada işləmək bacarığı
- Avtomobil sürmə bacarığı (üstünlükdür)
Məsuliyyət və hesabatlılıq
- Satış proseslərində aşkarlanan istisnalar və pozuntular barədə vaxtında və dəqiq hesabatların təqdim edilməsi
- Təftişin obyektiv, şəffaf və şirkət prosedurlarına uyğun şəkildə aparılmasına məsuliyyət daşıyır
- Rəhbərliyə düzgün və əsaslandırılmış rəy və təkliflər təqdim etmək
İş şəraiti:
- Əmək haqqı: 1200 AZN
- İş saati 9.00-18.00
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə “Təftişçi ” qeyd edərək göndərə bilər.
Ünvan: Ziya Bünyadov pr., Ələsgər Qayıbov 12/22 (Gülüstan Palace)
Yaxınlıqda yerləşən obyektlər: Rich Hotel, Caspian Bussines Hotel, EuroHome Tikinti materialları bazarı və CONNECT.