Mazarina Trade Company
Kadrlar üzrə mütəxəssis
Son tarix 01 okt 2022 - [email protected]
Tələblər:
- Ali təhsil
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə yüksək səviyyədə biliklər
- Yaş həddi: 25-35
- Cins: xanım
- Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik
- Komandada işləmək,güclü ünsiyyət və idarəetmə bacarığı
Vəzifələr:
- İşçilərin əmək qanunvericiliyinə əsasən işə qəbul edilməsi, xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması ilə bağlı prosedurların yerinə yetirilməsi
- Elektron hökumət portalında (ƏMAS )əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi
- Əmək qanunvericiliyin tələblərinə əsasən müvafiq əmrlərin hazırlanması
- İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin daxil edilməsi
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatın aparılması
- Əmək kitabçalarında müvafiq qeydlərin aparılması
- Məzuniyyət qrafikinin və cədvəlininin tərtib olunması
- İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlanıb təqdim edilməsi
- Şirkətin fəaliyyəti ilə əlaqədar bütün kadr sənədləşməsinə dair sənədlərin (qərarlar, əmrlər, direktivlər, əsasnamələr, prosedurlar və s.) icra etmək
- Pozuntu hallarının aradan qaldırılması məqsədi ilə rəhbərliklə birlikdə qanuni addımların atılmasını təmin edir
- Şirkətin qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə müvafiq sənədlərin hazırlanması və onların hüquq şöbəsinə təqdim olunmasını təmin edir
İş şəraiti:
- Əmək haqqı: 700 - 1000 AZN
- İş saatı 09:00-dan 18:00-dək həftə içi 5 gün
Müraciət etmək istəyən namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “Kadrlar üzrə mütəxəssis” qeyd edərək göndərə bilər.
Ünvan :Ələsgər Qayıbov 12/22 (Gülüstan Palace) https://goo.gl/maps/HL5LGdg3mUpLr24e8
Yaxınlıqda yerləşən obyektlər: Rich Hotel, Caspian Bussines Hotel, EuroHome Tikinti materialları bazarı və CONNECT.