Mazarina Trade Company
Brend menecer
Son tarix 18 yan 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin portfelində olan məhsul brendlərinin idarə edilməsi
- Marketinq strategiyalarının hazırlanması və icrası
- Tibbi nümayəndələr, satış və distribusiya komandaları ilə sıx əməkdaşlıq
- Bazar, rəqib və satış analizlərinin aparılması
- Promosyon, reklam və kommunikasiya fəaliyyətlərinin planlaşdırılması
- Brend performansına dair hesabatların hazırlanması
Namizədə tələblər:
- Xanım namizəd
- Aktiv pharma şirkətlərində (tibbi və ya aptek yönümlü) hazırda işləyən və ya bu sahədə real təcrübəsi olan
- Tibbi və aptek biznesində minimum 3 il iş təcrübəsi
- Rus dilini sərbəst bilmək – mütləqdir
- Excel biliyi yaxşı səviyyədə
- Marketinq və ya brend idarəetməsi sahəsində praktiki biliklər
- Analitik düşüncə, planlama və kommunikasiya bacarıqları
- Nəticəyönümlü və məsuliyyətli olmaq
Təklif etdiyimiz şərtlər:
- Əməkhaqqı: 2000 AZN + bonus sistemi
- Sabit və perspektivli iş mühiti
- Peşəkar inkişaf və karyera imkanları
- Korporativ və dinamik komanda
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.











