Mazarina Trade Company
SQL Developer
Son tarix 21 dek 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- MS SQL Server ilə iş
- Proqramçıların hazırladığı SQL sorğuların analiz və tənzimlənməsi;
- Böyük mürəkkəb SQL sorğuların optimallaşdırılması;
- Verilənlər bazalarının monitorinq edilərək performans tənzimlənməsi işlərinin görülməsi;
- Mövcud məlumatları, cədvəlləri, sorğuları, prosedurları, hesabatları və s. (functions, indexes, jobs) təhlil etməsi;
- Verilənlər bazası, cədvəllər və sorğuların sənədləşdirilməsi;
- Bir verilənlər bazasının başqa bir verilənlər bazasına (məlumatların) miqrasiya edilməsi;
- Müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı hesabatların hazırlanması;
- Biznesin tələbinə uyğun yeni hesabatların yazılması və mövcud hesabatlara dəyişiklik edilməsi;
Namizədə tələblər:
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
- SQL (MSSQL, T-SQL) dilini yüksək səviyyədə bilmək;
- SQL serverin işləmə prinsipləri üzrə dərin biliklər;
- Məlumat bazasının strukturu üzrə biliklər;
- Verilənlər bazası sxemini, cədvəlləri və əlaqələri yaratmaq və dəyişdirmək bacarığı;
- Verilənlər bazası dizaynı və normallaşdırma prinsipləri sahəsində təcrübə;
- Microsoft Office, Excel, Power BI, Power Query, Power Pivot bilikləri arzuolunandır;
- Extract, Transform, Load (ETL) prosesləri və alətləri ilə iş təcrübəsi arzuolunandır.
- ERP LOGO Tiger3 bilikləri arzuolunandır;
İş şəraiti:
- İş saatı: 09:00-dan 18:00 dək
- İstirahət günləri: Şənbə və bazar
- Əməkhaqqı: 2000 AZN
Müraciət etmək istəyən namizədlər CV-lərini qeyd edilmiş elektron poçt ünvanına mövzu hissəsinə “SQL developer ”qeyd edərək göndərə bilər.
Ünvan :
Ələsgər Qayıbov 12/22 (Azera Holding)