Mazarina Trade Company
Logistika və təchizat üzrə menecer
Son tarix 24 dek 2022 - [email protected]
Elanın təsviri:
- Maaş: 1000-1500 AZN ( Namizədin bilik və bacarıqlarına görə dəyişən)
- Logistika və təchizat üzrə menecer vəzifəsində 1-2 il təcrübə
- Yaş: 28-45
- İş rejimi: 5 gün iş qrafiki (B/e- Cümə), Saat:09:00-18:00
- İş yeri : Mazarina Trade Company
Tələblər:
- Ali təhsil (Nəqliyyat və logistika üzrə təhsil üstünlükdür)
- Dil bilikləri:Azərbaycan dili sərbəst, Rus dilini bilməsi mütləqdir. İngilis, Türk dilləri arzuolunandır.
- Microsoft Office proqramları
- Xarici və daxili logistik prosesləri bilməsi
- Müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı
- Problem həll etmə və idarəetmə bacarığı
Öhdəliklər:
- Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması və təkmilləşdirilməsi, nəqliyyatın planlaşdırılması və sifarişi;
- Nəqliyyat dəyərinin hesablanması və rəhbərliyə təqdim edilməsi;
- Xüsusi müştərilərlə mütəmadi görüşlərin təşkili, təslimat prosesinin müştəri bazasında nəzarətdə saxlanılmasına və kanallar üzrə təslimat prosesinin təşkil edilməsinə nəzarət edilməsi;
- Çatdırılma prosesində şirkət prosedurlarının yerinə yetirilməsinin təmin edilməsi;
- Nəqliyyat şirkətləri və gömrük orqanları ilə əməkdaşlıqların qurulması;
- Gömrük orqanlarına sənədlərin və gömrük sənədləşməsi üçün zəruri olan əlavə məlumatların təqdim edilməsinin təmin olunması;
- Nəqliyyat və gömrük sənədləri ilə iş, bütün zəruri icazələrin - mənşə və digər sertifikat, lisenziya, icazələrin alınmasının təşkilli;
- Şirkətə ehtiyac olan məhsul və ya xidmətin alınmasında ( təchizat prosesində) bilavasitə iştirak, ehtiyac yaranarsa alışın şöbə tərəfindən həyata keçirilməsi;
- Bazar qiymətlərinin monitorinqi, etibarlı yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi;
- Logistika şöbəsinin büdcəsinin formalaşdırılması və dövrün tələbinə uyğun olaraq büdcə çərçivəsində xərclərin idarə olunması;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili, ehtiyac olduğu halda tenderlərin təşkil olunması;
- Şirkət daxili nizam-intizam qaydalarına riayət etmək və rəhbərliyin təşkil etdiyi toplantılarda iştirak etmək;
Müraciət etmək istəyən namizədlər CV-lərini mail ünvanına mövzu hissəsinə “Logistika və təchizat üzrə menecer” qeyd edərək göndərə bilərsiniz
Ünvan : Ələsgər Qayıbov 12/22 (Gülüstan Palace)
Yaxınlıqda yerləşən obyektlər :Rich Hotel ,Caspian Bussines Hotel,EuroHome Tikinti materialları bazarı və CONNECT.