Matanat A
İxracat üzrə koordinator
Son tarix 23 iyn 2025 - [email protected]
Təsvir
- Gömrük və İxracat işlərinin aparılması (Mənşə sertifikatının alınması, Nəqliyyat CMR sənədləri, bəyannamə və s.);
- İşgüzar yazışmaların və danışıqların aparılması;
- Xarici bazarlarda və yaxın qonşu ölkələrlə internet ilə biznes əlaqələrinin qurulması,məlumatların toplanması;
- Xarici bazarların "Mətanət A" Şirkətinin istehsal etdiyi məhsullara olan tələbatının öyrənilməsi;
- Xarici ölkələrdəki satış imkanlarının öyrənilməsi;
- Xarici ölkələrdə məhsulların satışının yüksədilməsi prosesinin nəzarət altında saxlanılması, hesabatının şöbə rəhbərinə təqdim edilməsi;
- Məhsulun ixracat planlarının yerinə yetirilməsinə nəzarət, məlumatların şöbə rəhbərinə təqdim edilməsi;
- Yükün xarici ölkələrə çatması barədə yazışmaların aparılması;
- İxracat sənədlərinin aparılması,vaxtında rəsmiləşdirilməsi;
- Kargüzarlıq, zənglərin qeydə alınması və yazışmaların koordinasiyası, şöbə rəhbərinə yardımçı olmaq.
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
- Şəhərin mərkəzində ofis;
- Bonus sistemi;
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
- Dinamik və gənc komanda ilə iş imkanı.
Tələblər
- Təhsil: Ali; (təhsilin maliyyə, gömrük, biznesin idarə olunması və mühasibat sahəsində olması üstünlükdür);
- Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət bacarığı;
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi (idxal və ixrac əməliyyatları təcrübə üstünlük hesab olunur);
- Sürücülük vəsiqəsi;
- Ezamiyyələrə hazır olmalı;
- Fikrini izah etmək qabiliyyəti;
- Komandada işləmək bacarığı, yaradıcı və innovativ yanaşmalara açıq olmaq;
- Məsuliyyət götürmək, təşəbbüskarlıq, ixtisasını daimi təkmilləşdirmək;
- Müştərilərlə ünsiyyət qurma və münasibətlərin idarə edilməsi bacarığı;
- Problemləri həll etmək bacarığı;
- Detallara diqqət və nəticəyönümlü düşüncə;
- MS Office proqramlarında (xüsusi ilə Excel) sərbəst işləmək bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.