Hüqüqşünas tələb olunur
Əsas vəzifə öhdəlikləri:
- Şirkət fəaliyyətinin qanuna uyğunluğunu təmin etmək
- Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, rəylərin verilməsi
- Şirkət daxilində hüquqi təminat, ekspertiza və təhlil işlərinin aparılması
- Şirkətin hüquqi maraqlarının məhkəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə müdafiəsi, həmçinin məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması
- Hüquqi şəxslərin, filialların qeydiyyat işlərinin, müvafiq dəyişikliklərin aparılması və qeydiyyata alınması
- Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi
- Xarici hüquqi şəxslərlə bağlanılan müqavilələrin və eləcə də digər müqavilələrin hüquqi ekspertizasının aparılması və hüquqi rəyin tərtib edilməsi
- Daxili korporativ aktların, əmr, təlimat, qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası
İş qrafiki
• Bazarertəsi – Şənbə: 09:00 – 18:00
• Əmək haqqı: 700-900 AZN müsahibə əsasında müəyyən olunur.
• Əlverişli iş mühitində çalışmaq imkanı
• Karyera və inkişaf perspektivləri
Namizədə tələblər:
• Hüquq sahəsində ali təhsil
• Müvafiq sahədə bank və BOKT-larda minimum 3 il iş təcrübəsi
• Lizinq sahəsində təcrübəsi olanlara üstünlük veriləcək
• Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-ni mövzu hissəsində “Hüquqşünas ” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.