Massi
Vəkil - Hüquqşünas
Son tarix 08 iyn 2025 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil (hüquq) (Magistratura tehsili olanlara üstünlük veriləcək)
- Azərbaycan dili mükəmməl, Rus və İnglis dili yaxşı səviyyədə
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
- Analitik və peşəkar ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları
- İşinə qarşı məsuliyyətli olma, peşəkar yanaşma
- Komandada işləmə bacarığı
- Yaş həddi: 30-45
- Bəy və xanım namizədlər.
İş haqqında məlumat:
- Şirkətin hüquqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
- Şirkətin qanunauyğun fəaliyyətini təmin etmək üçün hüquqi sənədlərin yenilənməsi və qanunvericilikdə baş vermiş dəyişikliklərə uyğun olaraq tənzimlənməsi;
- Standart müqavilə formalarını hazırlamaq;
- Hüquqi rəylərin hazırlanması və məsləhətlərin verilməsi;
- Bütün struktur bölmələrə hüquqi müşavirlik və dəstək göstərmək;
- Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
- Məhkəmə proseslərinə rəhbərlik etmək, mübahisəli məsələlərdə hüquqi mövqenin hazırlanması və müdafiəsini təmin etmək;
- Dövlət orqanları və tənzimləyici qurumlarla strateji hüquqi yazışmaları hazırlamaq və münasibətləri idarə etmək;
- Korporativ hüquqi sənədlərin, daxili qərarların və normativ aktların qanunvericiliyə uyğunluğunu təmin etmək və nəzarət etmək;
İş şəraiti:
- Əmək haqqı, iş qrafiki və iş saatı : Razılaşma əsasında
Xahiş olunur namizədlər CV-sini “Vəkil-Hüquqşünas” başlığı ilə [email protected] ünvanına göndərsinlər.