Mars Overseas Baku
Ehtiyat merçendayzer
Son tarix 19 fev 2026 - Müraciət et
Təsvir
- Şirkət məhsullarının mövcud və potensial satış nöqtələrində tanıdılması prosesinə dəstək göstərmək
- Təyin edilmiş marşrut üzrə müştəri ziyarətlərində əsas əməkdaşa kömək etmək
- Marketlərdə məhsulların rəflərdə mövcudluğunu yoxlamaq və standartlara uyğun düzülməsində iştirak etmək
- Məhsulların xüsusiyyətləri və istifadə qaydaları ilə bağlı ilkin məlumatları öyrənmək və zərurət olduqda müştərilərə çatdırmaq
- Satış nöqtələrində rəqib məhsulların yerləşməsi və qiymətləri barədə məlumat toplamaq
- Brendin tanıdılması məqsədilə keçirilən aksiyalar və təqdimatlarda iştirak etmək
- Satış və merçendayzinq üzrə əsas bilik və bacarıqları mərhələli şəkildə mənimsəmək
- Satış prosesinin düzgün aparılmasına texniki və əməliyyat dəstəyi göstərmək
- Birbaşa rəhbərin tapşırıqlarını vaxtında və dəqiq şəkildə icra etmək
Tələblər
- Tam orta təhsil
- Market sistemində və ya satış sahəsində ümumi təcrübənin və ya ilkin anlayışın olması
- Azərbaycan dilində səlis danışıq bacarığı; rus dili biliyi arzuolunandır
- Effektiv ünsiyyət qurmaq, öyrənməyə açıq olmaq və nəticəyönümlü yanaşma
- Təqdimat bacarıqlarının olması və müştəri ilə ünsiyyət zamanı düzgün davranış
- Komanda ilə işləmək bacarığı, pozitiv münasibət və dürüstlük
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.










