Satınalma üzrə mütəxəssis
Son tarix 17 sen 2022 - [email protected]
Vəzifə üzrə öhdəliklər:
-
Alınan məhsulların loqistika fəaliyyətlərini tənzimləmək;
-
Beynəlxalq yazışma və danışıqların aparılması;
-
Xarici və daxili bazar qiymətlərinin analizi və müqayisəli hesablamanın aparılması;
-
Satınalma ilə bağlı sənədlərin müvafiq struktur bölmələr göndərilməsinə nəzarət;
-
Məhsul giriş və çıxışları ilə bağlı sənədləşdirmə işlərinin aparılması;
-
Məhsullar haqqında məlumatların satınalma proqramına (SAP) daxil edilməsi.
Vəzifəyə dair tələblər:
-
Ali təhsil;
-
MS Office bilikləri, xüsusilə Excel;
-
SAP proqramından istifadə bacarığı mütləqdir;
-
Yüksək məsuliyyət, diqqətcil olmaq;
-
İş təcrübəsi: minimum 3 il;
-
İngilis dili bilməsi arzu olunandır.
İş şəraiti haqqında məlumat:
-
Həftə ərzində 5 günlük iş qrafiki;
-
İş saatı: 09:00-dan 18:00-dək;
-
Əmək haqqı müsahibə əsasında təyin edilir;
-
İş yeri: Bakı şəhəri (ezamiyyələrə hazır olmalı).
Yalnız göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına, mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” qeyd edərək göndərə bilərlər.
Anbardar
Son tarix 17 sen 2022 - [email protected]
Vəzifə üzrə öhdəliklər:
-
Anbara bütün mədaxil, məxaric və digər əməliyyatların proqramda işləmək və proqramda müvafiq məlumatlar almaq,
-
Anbardar muxtəlif material qiymətlilərinin – yanacaq, xammal, yarımfabrikatlar, hazır məhsul, detallar, alətlər, əşyalar və s. anbara qəbulu, saxlanılması və anbardan verilməsini həyata kecirmək;
-
Qəbul edilən qiymətlilərin onlara qoşma sənədlərə uyğunluğunu yoxlamaq;
-
Material qiymətlilərinin novləri, keyfiyyəti, təyinatı və digər əlamətləri uzrə boluşdurulməklə, əl və ya alətlər, xususi mexanizmlər vasitəsi ilə anbarda saxlanılma yerlərində yerləşdirilməsini təmin etmək;
-
Korlanmasının və itkisinin qarşısının alınması məqsədi ilə material və məhsulların saxlanılmasını təşkil etmək;
-
Material qiymətlilərinin qorunmasını təmin etmək;
-
Anbar daxilində yuklərin yuklənməsi və boşaldılması uzrə işlərə rəhbərlik etmək;
-
Material qiymətlilərini sifarişlər uzrə komplektləşdirmək;
-
Nasaz alətlər, cihazlar və s. ucun qusur cədvəllərini, onların təmiri, silinməsi, eləcə də materialların catışmazlığı və korlanması barədə aktları tərtib etmək;
-
Anbarda saxlanılan material qiymətlilərinin ucotunu və onların hərəkəti uzrə hesabat sənədləşdirməsini aparmaq;
-
İnventarlaşdırmanın aparılmasında iştirak etmək.
Tələblər:
-
Ali təhsil;
-
Müvafiq sahədə ən az 2-3 il iş təcrübəsi;
-
MS Office proqramları, SAP, 1C
-
Əla səviyyədə Azərbaycan dili (ingilis dili arzu olunandır);
-
Güclü riyazi hesablama bacarıqları;
-
Güclü ünsiyyət bacarıqları;
-
Analitik təhlil etmə qabiliyyəti.
İş şəraiti:
-
İş qrafiki: həftədə 5 gün, saat 09:00-18:00
-
Əmək haqqı yüksəkdir, müsahibə vaxtı təyin edilir.
Yalnız göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına, mövzu hissəsində “Anbardar” qeyd edərək göndərə bilərlər.
Maliyyə üzrə mütəxəssis
Son tarix 17 sen 2022 - - [email protected]
Vəzifə üzrə öhdəliklər:
-
Müəssisənin əməliyyat büdcəsinin hazırlanmasını təmin etmək, büdcənin icrasına nəzarəti həyata keçirmək;
-
Büdcə və maliyyə nəzarəti ilə bağlı dövri maliyyə hesabatlarının hazırlanmasını və təhlil edilməsini təmin etmək;
-
Aparılan əməliyyatların Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunluğuna nəzarət etmək;
-
Aparılan əməliyyatlar üzrə fəaliyyətlərin mütəmadi olaraq təhlil edilməsini və onların dəyərini, yaranma mənbəyini əks etdirən hesabatları hazırlayaraq şöbə müdirinə təqdim etmək;
-
Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun kənar auditin aparılmasında iştirak etmək;
-
Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsini təşkil etmək;
-
Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatlarının (bəyannamələrin) vergi orqanlarına təqdim olunmasını təşkil etmək;
-
Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanmasını və müəyyən edilmiş müddətdə və qaydada sənədlərin Dövlət Arxivinə verilməsini təşkil etmək.
Tələblər:
-
Ali təhsil (maliyyə, iqtisadiyyat);
-
3 illik analoji iş təcrübəsi;
-
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və mühasibatlıq, büdcə proseslərinin idarə edilməsi və Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklər;
-
Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
-
Səlis Azərbaycan dili, (İngilis dili biliyi arzu olunandır);
-
MS Office proqramları üzrə biliklər (SAP proqramı istifadəsi arzu olunandır).
İş şəraiti:
-
İş qrafiki: həftədə 5 gün, saat 09:00-18:00
-
Əmək haqqı: razılaşma yolu ilə
Yalnız göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına, mövzu hissəsində “Maliyyə üzrə mütəxəssis” qeyd edərək göndərə bilərlər
Mühasib
Son tarix 17 sen 2022 - - [email protected]
Vəzifə üzrə öhdəliklər:
-
E-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmə bacarığı;
-
Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması;
-
Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödənişləri reallaşdırmaq;
-
Əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
-
Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun aparılmasına nəzarət;
-
Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
-
Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;Aylıq,rüblük,illik vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
-
Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
-
Maliyyə hesabatlarının beynəlxalq standartlara əsasən hazırlanması (Profit and loss statement, cash flow statement, balance sheet and etc);
-
Əmək haqqı, məzuniyyətlərin hesablanması;
-
Gördüyü işlərlə bağlı gündəlik və aylıq, illik hesabatlar tərtib etmək;
-
Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları yerinə yetirmək.
Tələblər:
-
Ali ixtisas üzrə təhsil
-
Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi
-
Vergi qanunvericiliyi və mühasibat uçotu sahəsində yüksək biliklər
-
Azərbaycan dili üzrə sərbəst biliklər (ingilis dili bilməsi arzu olunandır)
-
Kompüter bilikləri : MS Office proqramları, əsasən Excel, 1C 8.3 (SAP proqramında işləməsi arzu olunandır)
-
Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklər
İş şəraiti:
-
İş qrafiki: həftədə 5 gün, saat 09:00-18:00
-
Əmək haqqı: razılaşma yolu ilə
Yalnız göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına, mövzu hissəsində “Mühasib” qeyd edərək göndərə bilərlər.