Maqro Construction Azerbaijan
Hüquqşunas/Baş hüquqşünas
Son tarix 01 avq 2022 - [email protected]
Vəzifə üzrə öhdəliklər:
- AR-nın Mülki Məcəlləsinə uyğun olaraq müqavilələr, düzəlişlər, dəyişikliklər, əlavə razılaşma sənədləri və hüquqi gücə malik digər sənədlərin hazırlanması, Əmr, bildiriş, məktub, digər hüquqi akt və sənədlərin AR Mülki Məcəllə qanunvericiliyinə və daxili normativ sənədlərin tələbinə uyğun şəkildə hazırlanmasına dəstək, həmin sənədlərə münasibət bildirmək;
- Təşkilatın səlahiyyətlərinə aid olan məsələlərə dair müqavilələri hazırlamaq, razılaşdırılmaq, səlahiyyətləri daxilində onlara rəy verib hüquqi ekspertizasını aparmaq və müqavilələrin bağlanması ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək, həmçinin bağlanmış müqavilələrə əlavə və dəyişikliklərin edilməsinə dair təkliflər vermək;
- Təşkilat daxilində müqavilə sifarişçilərinə lazımi hüquqi və metodiki dəstəyin verilməsi, müqavilələrin analiz edilməsi, risklərin qiymətləndirilməsi;
- Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatların hazırlanması;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması.
Vəzifəyə dair tələblər:
- Tam ali təhsil (Hüquq);
- Korporativ hüquq sahəsində Hüquqşünas olaraq minimum 2-3 il, Baş Hüquqşünas olaraq minimum 4-5 il iş təcrübəsi;
- Müqavilələrlə yüksək səviyyədə işləmə bacarığı;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Mülki-Prosessual Məcəlləsi, İnzibati xətalar Məcəlləsi, İnzibati-Prosessual Məcəlləsi, Əmək Məcəlləsi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu bilikləri;
- Səlis Azərbaycan, çox yaxşı səviyyədə İngilis dili bilikləri;
- MS Office proqramları;
- Yüksək analitik bacarıqlar, təqdimat bacarıqları, operativlik, normayaradıcılıq bacarığı, təşəbbüskarlıq, problemləri həll etmə, təşkilatçılıq, analitik düşüncə;
- İnzibati hüquq pozmalara dair işlərin aparılması;
- Korporativ yazışmaların aparılması.
İş şəraiti haqqında məlumat:
- Həftə ərzində 5 günlük iş qrafiki (həftəlik 40 saat);
- İş saatı: 09:00-dan 18:00-dək;
- Əmək haqqı: hüquqşünas 1000-1500 azn, baş hüquqşünas 2000-2500 azn;
- Nahar şirkət tərəfindən qarşılanır;
- İş yeri: Bakı şəhəri.
Son müraciət tarixi: 31.07.2022-ci il
Yalnız göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına, mövzu hissəsində “Hüquqşünas” və ya “Baş hüquqşünas” qeyd edərək göndərə bilərlər