Maqro Construction Azerbaijan
SAP B1 üzrə mütəxəssis
Son tarix 21 okt 2023 - [email protected]
Vəzifə üzrə öhdəliklər:
- SAP B1 proqramı üzrə sistem və hesablara nəzarət etmək, əlaqələri təşkil etmək, müvafiq proqramçı şirkətlə dəstək istiqamətində koordinasiyalı işləmək;
- SAP B1 proqramının tətbiqində, sazlanmasında, yenilənməsində və dəstəyində konsultativ xidmətlərin göstərilməsi;
- SAP B1 sistemində işləməsi üçün son istifadəçilərə dəstək vermək;
- Layihələr çərçivəsində fərqli işlər yerinə yetirmək (məs: məlumatların təmizlənməsi, son istifadəçilərin dəstəyi, istifadəçi sənədlərinin hazırlanması və s.).
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat);
- 3 illik analoji iş təcrübəsi;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və mühasibatlıq, büdcə proseslərinin idarə edilməsi və Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklər;
- Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Azərbaycan diliylə yanaşı ingilis dilini yaxşı səviyyədə bilmək;
- Maliyyə cədvəlləri haqqında yüksək bilik;
- İnşaat sektorunda təcrübəsi olan.
İş şəraiti:
- İş qrafiki: həftədə 5 gün, saat 09:00-18:00
- Əmək haqqı: 2000-3000 AZN arası
Yalnız göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına, mövzu hissəsində “SAP B1 üzrə mütəxəssis” qeyd edərək göndərə bilərlər.