Maqro Construction Azerbaijan
Anbar müdiri (Qazax)
Son tarix 21 dek 2022 - [email protected]
Vəzifə üzrə öhdəliklər:
- Anbara alış sifarişi (PO) əsasında daxil olan materialların sifariş və mədaxil sənədləri əsasında qəbulu və müavfiq ERP proqramı üzrə uçota salınması;
- Gündəlik sistem üzrə daxil olmuş material tələbinə əsasən materialların təhvil-təslim prosesinin həyata keçirilməsi;
- Stok üzrə mal-material qalıqlarının yoxlanılması (texniki və təsərrüfat anbarları üzrə);
- Şirkət üzrə Ə/V-in, azqiymətlilərin və digər materialların inverntarizasiya prosesində iştirak edilməsi;
- Şöbələr arası sənəd mübadiləsi prosesinin həyata keçirilməsi (mədaxil sənədləri, PO-lar, təhvil-təslim aktları və sair);
- Minimum stok qalıqlarına nəzarət olunması;
- Anbar üzrə aylıq müvafiq hesabatların hazırlanması;
- Ərazilər üzrə anbarlara daxil olmuş materialların qəbul edilməsi;
- Material və mallarının anbarda tələb olunan standartlara uyğun qaydada saxlancını təşkil edilməsi;
- Anbar sənədlərinin rüblər üzrə çeşidlənməsi və arxivlənməsi nəzarət olunması;
- Tabeçiliyində olan anbardarların işinin təşkili və idarə olunması.
Tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Müvafiq sahədə ən az 5 il iş təcrübəsi;
- MS Office proqramları;
- ERP proqramında praktiki təcrübə (Logo unity, Micro, Tiger, SAP və s-dən hər hansı biri)
- Güclü riyazi hesablama bacarıqları;
- Güclü ünsiyyət bacarıqları;
- Analitik təhlil etmə qabiliyyəti.
İş şəraiti:
- İş qrafiki: həftədə 6 gün, həftəlik 40 saat;
- İş yeri: Yol layihəsinin yerləşdiyi Qazax-Ağstafa bölgəsindəki idarə;
- Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonunda yaşayanların müraciətləri diqqətə alınacaq;
- Əmək haqqı: 1800-2500 AZN.
Yalnız göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına, mövzu hissəsində “Anbar müdiri (Qazax)” qeyd edərək göndərə bilərlər.